BMW avtomobillərinin tüninqi ilə tanınmış G-Power atelyesi M4 Convertible modeli üçün təkmilləşdirmələr proqramını təqdim etmişdir. İlk növbədə, alman tüner avtomobilin mühərrikinin üzərində işləməyi təklif edir. Onlar üç litrlik altı silindirli turboüfürməli mühərriki daha yüngül nazim çarxı olan iri turbokompressorlarla, mühərrikin idarəedilməsi blokunun yenilənmiş proqram təminatı və karbondan boruları olan titandan hazırlanmış biraxılış sistemi ilə təchiz etməyi təklif edirlər.
Görülmüş dəyişikliklərin nəticəsi olaraq mühərrikin gücü 431 at qüvvəsiindən 600 at qüvvəsinə, fırlanma anı isə 550 Nm-dən 720 Nm-ə yüksəlmişdir. Mühərrikinin imkanları artmış kabriolet artıq 100 km/saat həddini 3,7 saniyəyə toplamaq iqtidarındadı.
Elektron «boyunduruğun» çıxarılması isə avtomobilin maksimal sürət həddini 320 km/saata artırmağa imkan vermişdir. Müqayisə üçün, standart modelin maksimal sürəti 250 km/saat, 100 km/saat həddinə sürətlənməsi isə 4,6 saniyə təşkil edir.
M Driver’s Package dəsti ilə təzhiz edilmiş BMW M4 Convertible modelinin maksimal sürəti isə 280 km/saatdır.
Bundan başqa, kabriolet tənzimlənən amortizatorları olan təkmilləşdirilmiş asqı sistemi, öndə 245/30, arxada isə 295/25 ölçülü yarış təkərləri olan 21-düymlük alüminiumdan hazırlanmış təkər diskləri ilə təchiz edilir.
Kabrioletin interyerində edilmiş dəyişiklər barədə məlumat yoxdur. Çox güman ki, G-Power bunun o qədər vacib olmadığını hesab edir. Alman atelyesi M4 kabrioletinin təkmilləşdirilməsi üzrə göstərdiyi xidmətin dəyərini 22300 avro təyin etmişdir.