BMW avtomobillərinin tüninqi ilə məşhurlaşmış G-Power atelyesi, Bavariya şirkətinin ən sürətli sportkarı olan M4 GTS kupesi üçün hazırladığı tüninq proqramını təqdim etmişdir. Alman atelyesinin mütəxəssisiləri avtomobilin mühərrikinə 115 at qüvvəsi əlavə etmişdirlər.

"Bərkgedən" kupe standart olaraq 500 at qüvvəli iki turbikompressoru olan 3,0-litrlik altısilindirli mühərriklə təchiz edilir. Alman atelyesinin mütəxəssisləri mühərrikin turbinalarını yenidən işləmiş, yeni buraxılış sistemini quraşdıraraq idarəetmə elektronikasının proqram təminatını yeniləmişdirlər. Nəticədə, mühərrikin gücü 615 at qüvvəsinə, fırlanma anı isə 760 Nm-ə qədər artırılnmışdır.

Tüninqdən keçmiş kupe yerindən 100 kilometr/saat həddinə qədər 3,6 saniyəyə sürətlənir ki, bu da adi BMW M4 GTS modelində olduğundan 0,2 saniyə yeyindir. Elektron "boyunduruqdan" qurtulmuş avtomobilin maksimal sürəti 320 kilometr/saat təşkil edir.

Bundan əlavə, tüninq atelyesi avtomobilə 21-düymlük təkər disklərini quraşdırmağı təklif edir. Əlavə olaraq, sifarişçilər mühərrikin gücünü 575 at qüvvəsinə kimi artırmağı təklif edən daha sadə tüninq proqramından da yararlana bilərlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt