BMW avtomobillərinin tüninqi ilə məşhurlaşmış G-Power atelyesi «bərkgedən» BMW X6 M krossoveri üçün təkmilləşdirmələr proqramın təqdim etmişdir. BMW X6 Typhoon adını almış «qaynar» kupe-krossover aqressiv görkəmə və gücü artırılmış mühərrikə malikdir. Atelye mütəxəssisləri avtomobili tərkibinə geniş hava girişləri olan yeni qabaq bamper, havalandırma üçün xüsusi girişləri olan karbondan hazırlanmış kapot, genişləndirilmiş təkər tağları və xüsusi formalı qapı kandarları daxil olan aerodinamik parçalar dəsti ilə təchiz etmişdir.

Bundan başqa, «qaynar» kupe-krossover karbondan hazırlanmış diffuzoru olan arxa bamper və cütlənmiş boruları olan titandan hazırlanmış buraxılış sistemini əldə etmişdir. Avtomobilin aqressiya yağan zahiri görünüşünü tamamlayan sonuncu elementlərin xüsusi idman asqı sistemi və 23-düymlük Hurricane RR təkər disklərinin olduğunu bildirmək gərəkdir.

Atelye mütəxəssiləri 4,4-litrlik iki TwinPower Turbo V8 mühərrikini yeni xarakteristikalı turbokompressorlarla və yenilənmiş proqram təminatı ilə təchiz etmişdirlər. Bu yeniliklər sayəsində turbomühərrikin gücü 750 at qüvvəsinə, fırlanma anı isə 980 Nm-ə qədər artırılmışdır. Alman atelyesi avtomobilin dinamik xarakteristikalarını açıqlamasa da, onun maksimal sürətinin 300 kilometr saatın üzərində olduğunu bildirmişdir.

G-Power atelyesi xidmətinin qiymətini də açıqlmışdır - BMW X6 M modelini BMW X6 Typhoon krossoverinə çevirmək üçün 58829 ABŞ dolları tələb olunur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt