Əsasən BMW, Mercedes-AMG və Porsche avtomobillərinin tüninqi üzrə ixtisaslaşmış G-Power atelyesi yeni layihəsini təqdim edib. Bu dəfə alman tüner italiyan avtomobilini təkmilləşdirməyi təklif edir - əlbəttə ki, bu avtomobil Lamborghini Urus krossoveridir. Bavariyalı tünerin hazırladığı krossover hətta bir neçə gün bundan öncə debüt etmiş Lamborghini Urus Performante versiyasını da üstələyir.

Yeni Urus şirkətin portfelində ilk təkmilləşdirilmiş Lamborghini modelidir, çünki bu günə qədər, artıq qeyd etdiyimiz kimi, alman tüner yalnız yerli markaların avtomobilləri ilə məşğul olub.

G-Power mütəxəssisləri yeni idarəetmə bloku quraşdırmaqla, 4,0-litrlik V8 biturbo mühərrikininin hasilatını 740 at qüvvəsinə və 950 Nm-ə qədər artırmağa müvəffəq olublar. Lakin bunun kifayət olmadığını hesab edənlər üçün, idman buraxılış sistemi hazırlanıb - onun quraşdırılmasından sonra mühərrikin hasilatı 780 at qüvvəsi və 1000 Nm təşkil edəcəkdir.

Lakin alman tüner bununla kifayətlənmək fikrində deyil - artıq təkmilləşdirilmiş interkulerləri olan variant üzərində çalışmalara başlanılıb. Yeni interkulerlərin quraşdırılması sayəsində, əlavə 50 at qüvvəsi təmin ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Vizual olaraq, tüninq keçmiş krossover standart Urus modelindən 24-düymlük təkər diskləri, karbon hazırlanmış aerodinamika kuzov dəsti və eksteryerdəki narıncı aksentləri ilə fərqlənir.

Nümayiş etdirilən avtomobilin interyeri eksteryerinə uyğun şəkildə tərtib edilib - əsas qara rəng parlaq narıncı detallarla tamamlanıb. G-Power tərəfindən təkmilləşdirilmiş Lamborghini Urus modelinin qiyməti açıqlanmayıb, lakin alman tüner artıq belə krossoverə sifarişləri qəbul etdiyini və potensial müştərilərə təkmilləşdirmələrin qiymətini açıqlamağa hazır olduğunu bildirib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.