GAC konserninin ilkin planına görə, Hyper ailəsi Aion törəmə elektromobil markasının çeşidində ən bahalı avtomobillər olmalı idi. Bununla belə, bu ilin əvvəlində Hyper GAC çətiri altındakı ən bahalı və prestijli bir brendə çevrilib.
Markanın çeşidindəki ən qabaqcıl və bahalı modelin rolunu hələ də Hyper SSR hiperkarı oynayır, lakin “mülki” flaqman tamamilə fərqli bir avtomobil olub – bu, iri və zəngin təchizatlı Hyper HL krossoveridir.
Nisbətlər cəhətdən krossover minivenlərə bənzəyir və bu oxşarlıq təsadüfi deyil. Modelin yaradıcıları HL modelində dəbli krossover form-faktorunu Çində populyar olan bahalı minivenlərin təklif etdiyi geniş məkan və dəbdəbə ilə birləşdirmək istəyiblər.
Avtomobilin uzunluğu 5126 millimetr, təkər bazası isə, 3088 millimetrdir. Eksteryerin digər xüsusiyyətləri işıqlandırma texnkiasının şaquli seqmentlər və arxa dayaqlardakı iri gümüşü örtmələr daxildir. Çoxmilli təkər disklərinin diametri 21 düymdür.
Hyper HL üç sıralı altı oturacaqlı salona malikdir. Ön paneldə cihazlar panelinin yığcam displeyi və ADIGO 6.0 media kompleksinin nəhəng (17,3 düym) “televizoru” var. Proyeksiya displeyi və kontur işıqlandırması da nəzərdə tutulub. Fiziki düymələrin sayı minimaldır - hətta sükan çarxında belə.
İkinci cərgədə ayaq dayağı və 18 nöqtəli masaj funksiyası, “sıfır cazibə qüvvəsi” olan iki fərdi “taxt” quraşdırılıb, üstəlik, ön oturacaqların arxa hissəsində qatlanan masalar var. Elektrik ötürməsini və digər funksiyaları idarə etmək üçün dirsəkaltılarda sensorlu displeylər nəzərdə tutulub. Bütün interyer əsl nappa dərisi ilə üzlənib və böyük panoram damı var.
Hyper HL həm elektromobil, həm də benzinlə işləyən ardıcılı hibrid ola bilər. Elektromobilin bəyan edilmiş yürüş məsafəsi 750 kilometrdir. Benzin-elektrik versiyası isə, 1200 kilometrdən çox məsafə qət etməyə qadirdir (bunun 350 kilometri təmiz elektrik enerjisi ilə qət olunur). Ancaq hələlik yalnız elektrik versiyası haqqında bəzi detallar açıqlanıb.
O, iki dartma elektrik mühərrikinə (öndə - 177 at qüvvəsi, arxada isə, 340 at qüvvəsi), habelə 5C standartlı ultra-sürətli doldurmanı dəstəkləyən və 108 kilovat/saat tutumu olan 650 voltluq dartma batareyasına malikdir.
Flaqman krossoveri adaptiv amortizatorlu pnevmatik asqı və ön şüşənin üstündə lidarı olan ən yeni ADiGO Pilot NDA 4.0 avtopilotu ilə təchiz edilib.
Hyper HL krossoverinin istehsalına yaxın aylarda, sifarişlərin qəbuluna isə, 2025-ci ilin fevralında başlanacaq. Qiymətlər həmin zaman açıqlanacaq və onların aşağı olacağını gözləmək lazım deyil.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.