GAC Motor konserni GS8 krossoverinin Dragon indeksini almış yeni versiyasını təqdim edib. GAC flaqmanının yeni versiyası hibrid güc qurğusunu alıb. Bununla belə, GAC hələlik GS8 Dragon versiyasının debüt tarixini, eləcə də qiymətini açıqlamayıb. Hibrid krossoverin Azərbaycan bazarında da debüt edəcəyi gözlənilir..
GS8 Dragon versiyasının əsas yeniliyi 2,0-litrlik turbomühərrik, elektrik mühərriki və THS (Toyota Hybrid System) transmissiyası olan hibrid güc qurğusudur. Sistemin ümumi gücü 427 at qüvvəsi təşkil edir, ortalama yanacaq sərfiyyatı isə, 100 kilometrə 7,8 litrdən çox deyil. Belə krossover sıfırdan ilk “yüzlüyə” sürətlənməyə 6,9 saniyə sərf edir. GAC hibrid krossoveri həm 95, həm də 92 oktanlı benzinlə işlədiyini bildirib.

Krossoverin interyerində 12,3 və 14,6 düymlük displeyi olan ön panel var. Multimedia sistemi Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir. Naviqator, klimat-kontrol, multimedia, lyuk, isitmə və havalandırmanı idarə edən quraşdırılmış səs köməkçisi var.
GS8 Dragon versiyasının bəzi funksiyaları GAC tətbiqi vasitəsilə uzaqdan idarə oluna bilər. Məsələn, mühərriki işə salmaq, qapı və pəncərələri açıb-bağlamaq, klimat-kontrolu və hətta salonun sterilizasiyasını qoşmaq olar.
Bundan əlavə, tətbiq avtomobilin vəziyyəti - batareyanın cərəyanı, yürüş ehtiyatı, səlahiyyətli istifadəçilərin sayı və sairə haqqında məlumat əks etdirilir.
GS8 Dragon, əjdaha pulcuqlarından ilham alınaraq yaradılmış naxışı olan barmaqlıq ilə öyünür. O, həmçinin ümumi uzunluğa 35 millimetr əlavə edən başqa bamperlərə və təkər topunun "üzən" qapaqlarına malikdir. GS8 krossoverinin yeni versiyasının təchizatı haqqında daha ətraflı məlumat satışların başlanmasına yaxın açıqlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.