GAC şirkəti hidrogen mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusuna malik olan lüks minivenin konseptini təqdim edib. Şou-karın dizaynı qədim Çin memarlığından və ənənəvi şan-şui mənzərə rəsmlərindən ilham alınaraq yaradılıb, onun interyeri isə, daxili məkanın təşkilinə yeni yanaşmanı nümayiş etdirir. Konseptin interyeri iki kreslo, divan və çay masası olan qonaq otağı üslubunda tərtib edilib.

Konseptual miniven (çin dilində onun adı 绿境SPACE kimi yazılır, burada 绿 ieroqlifi - "yaşıl", 境isə, "ərazi" deməkdir) yeni texnologiyalara həsr olunmuş GAC Tech Day 2022 tədbirində debüt edib. Əslində, bu texnologiyalardan birini konsept avtomobilinin timsalında göstəriblər.

Söhbət, hidrogen daxili yanma mühərrikini, Toyota THS-II aqreqatına bənzəyən çoxpilləli elektromexaniki transmissiyanı və kombinə edilmiş istilik tənizmlənməsi (hava + soyuducu) olan batareyanı birləşdirən Julang Hybrid hibrid güc qurğusundan gedir.

Belə bir qurğu miniveni elektrik şəbəkəsindən qidalanan və elektrik dartması ilə uzun müddət hərəkət etmək imkanı olan ardıcıl - paralel hibridə çevirir. Buradakı hidrogen mühərrikinin həcmi 1,5 litrdir. Onun istilik səmərəliliyi 44% təşkil edir ki,bunun sayəsində aşağı hidrogen sərfiyyatı əldə olunur - 100 kilometrə 0,84 kiloqram.

Aqreqatın bütün resurs sınaqlarından keçdiyi iddia edilir. Məsələn, qurğu dayanmadan 12 min saatdan çox işləyib ki, buna görə də etibarlı hesab olunur. Hidrogenlə işləyən GAC seriya avtomobillərinin nə zaman debüt edəcəkləri hələlik bilinmir, lakin bu il elektromexaniki transmissiyanı tətbiq etməyə başlayacaqlar.

Bununla belə, konseptual miniven qeyri-adi texniki hissə ilə yanaşı, estetik baxımdan da maraqlıdır. Konsept avtomobilinin dizaynı qədim Çin memarlığının elementlərini, habelə dağların və suyun təsviri olan ənənəvi Şan Şui mənzərə rəsmlərini birləşdirən konsepsiyaya əsaslanır.

Ön və arxa tərəfin dizaynı balina bığının deyil, şəlalənin simvoludur, irəli çıxan divan ideyasını isə, çox güman ki, çinlilər Rolls-Royce dizaynerlərindən götürüblər. Qonaq otağına girişi, yuxarı açılan iri “qağayı qanadı” qapısı təmin edir. Salonda iki kreslo və divan var, döşəmədən isə, çay mərasimləri üçün masa çıxır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müəlliflərin düşüncəsinə görə, miniveni sərbəst şəkildə idarə etmək olar - bunun üçün sükan və pedallar var. Bununla belə, hərəkət istiqamətinin əksinə çevrilmiş oturacaqlar avtopilotun mövcudluğundan xəbər verir. Konseptin dördüncü səviyyəli avtopilta malik olduğu elan edilib, yəni elektronika sürücünün iştirakı olmadan əksər hərəkət ssenarilərini təkbaşına həyata keçirə bilər.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.