Yenilənmiş GS4 Plus krossoveri əvvəlki modeldən yeni bamperləri, təkmilləşdirilmiş işıq texnikası və iki dizayn variantında təklif olunan radiator barmaqlığı ilə fərqlənir. Salonda multimedia sisteminin 10,1-düymlük displeyi ilə vahid paneldə birləşmiş 8,0-düymlük sensorlu ekran peyda olub - o, klimat-kontrolun idarəolunmasına cavabdehdir. Bundan başqa, krossover 12,3-düymlük rəqəmsal cihazlar panelini də əldə edib.
Yenilənmiş krossoverin təchizatı zəngindir - burada havalandırılan ön oturacaqlar və adaptiv kruiz-kontrol, dairəvi müşahidə kameraları, avtomatik əyləcləmə sistemi və avtomobili zolaqda saxlama funksiyası var.
Daxili bazarda GAC Trumpchi GS4 Plus modeli müvafiq olaraq, 169 və 252 at qüvvəli 1,5 və 2,0 litrlik benzin “turbodördlükləri” ilə təklif edilir. Hər iki mühərrik də 6-pilləli Aisin “avtomatı” ilə təchiz olunur. Trumpchi GS4 Plus modeli ön ötürməlidir və onun üçün tam ötürmə sistemi nəzərdə tutulmayıb.
Amma daha maraqlısı modelin qiymətidir: yeniləməyə baxmayaraq, GAC şirkəti modelin qiymətini qaldırmamaq qərarına gəlib, ona görə də qiymət siyahısı keçən illə müqayisədə dəyişməyib. Əvvəl GS5 kimi tanınan Trumpchi GS4 Plus modelinin Çindəki satış qiyməti 126,800 ilə 149,800 yuan (32 - 37 min manat) arasındadır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.