GAC Motors şirkətinin iri ölmçülü Trumpchi GS8 krossoveri 2016-cı ildə Çində debüt edib. Keçən il krossover plan üzrə yenilənmədən də keçib. Bundan başqa, GAC Motors şirkəti Çində GS8 modelindən bir qədər kiçik olan GS7 modelini də təklif edir.
GAC Trumpchi GS7 modeli iri ölçülü GS8 modelindən qısa təkər bazası, fərqli dizayna malik olan arxa hissəsi və beşyerli salon ilə fərqlənir. GS5 modelinin təkər bazası 2720 millimetr, uzunluğu isə, 4740 millimetr təşkil edir. Müqayisə üçün GS8 modelində bu göstəricilər müvafiq olaraq 2800 və 4835 millimetrdir əvəzinə 4740-dir.
Bu günlərdə GAC Motors GS modelini yenilədiyini bəyan edib. Artıq krossover GS7 deyil, GS8S adlanır - yəni, GS7 artıq GS8 modelinin "idman" versiyasına çevrilib.
Əvvəllər qısa versiya "üzdən" böyük qardaşından fərqlənmirdisə, indi onları qarışdırmaq mümkün deyil. "S" indeksli versiya daha aqressiv dizayna sahib olub: yenilənmiş model fərqli ön bamper və üfüqi çubuqların əvəzinə şaquli çubuqları olan radiator barmaqlığı ilə təchiz edilir. Işıq texnikası və kapot eyni qalsa da, arxa bamper dəyişdirilib.
Yeni interyer yenilənmiş GS8 modeli ilə eynidır: ənənəvi cihazlar paneli yerini qrafikası tənzimlənən iri virtual panelə verib. Salonda yeni sükan çarxı, media sisteminin iri displeyi peyda olub, konsoldakı düymələrin sayı isə kəskin şəkildə azaldılıb. Bununla yanaşı, S-variantın salon tərtibatında ikirəngli sxemdən istifadə edilir. Yenilənmiş GS8 modelindən fərqli olaraq, GS8S ötürmələr qutusunun coystikinə deyil, ənənəvi selektoruna sahib olubdur.
GAC Trumpchi GS8S modelinin Çin bazarındakı satışlarına aprel ayının sonunda start veriləcəkdir.