Toyota markasının ən ucuz krossoveri olan Yaris Cross modelinin Yaponiyadakı satışlarına start verilib. Eyni zamanda, yapon markasının idman bölməsi olan Gazoo Racing yeni modelə olan baxışını təqdim edib. Hələlik, tüninq proqramı eksteryerdəki yenilikləri nəzərdə tutur. Bölmə mühəndisləri avtomobilin texniki hissəsinə müdaxilə etməmək qərarına gəliblər.
Gazoo Racing tərəfindən hazırlanmış tüninq dəstinin tərkibinə ön bamper və qapılar üçün nəzərdə tutulmuş işləmələr,18-düymlük qara rəngli təkər diskləri və səsboğucu sistemin cütlənmiş çıxış boruları daxildir. Bu elementlər Yaris Cross modelinə idman görünüşü bəxş etməlidirlər.
İdman tərzini qırmızı və ya qara rəngli iri palçıqlar, ultrabənövşəyi şüalardan müdafiəni təmin edən tündləşdirilmiş şüşlər, qapı dəstəklərinin əlavələri və karbondan çərçivəsi nömrə altlığı tamamlayır. İnteryer üçün xüsusi günəşlik və baqaj bölməsi üçün isə, GR loqosu olan kilim nəzərdə tutulub. Dəstin qiyməti 316.000 yen (5.075 manat) təşkil edir.