FR indeksinə sahib olmuş Zeekr 001 hetçbekinin debütü Çində baş tutub. Yeni elektrokar tamamilə fərqli texniki hissə malikdir: mühəndislər dörd elektrik mühərrikindən ibarət olan 1265 at qüvvəli aqreqatdan istifadə ediblər. Dartma vektoruna nəzarət sistemi, yerində "tank" dönməsi etmək imkanı da var. Lakin Zeekr 001 FR modelinin dinamik xüsusiyyətləri Çin istehsalı olan avtomobillər üçün bir rekorddur.

Zahiri cəhərdən, Zeekr 001 FR adi hetçbekdən bəzi cizgilərlə fərqlənir. Hetçbek ön splitteri, arxa antiqanadı alıb, onun diffuzoru və təkər diskləri dəyişdirilib, arxa dayaqlarda isə emblemlər peyda olub. Qeyd etmək gərəkdir ki, təkmilləşdirmələr ciddi xarakter daşıyır: alüminiumdan hazırlanmış 22-düymlük təkər dikləri yeganə mərkəzi boltla bərkidilir, karbon-keramik əyləc mexanizmləri və 10-porşenli ön supportlar da mövcuddur.

Zeekr şirkətindən oriyentir kimi Tesla Model S Plaid modelinin götürüldüyü bildirilir və hətta xarakterikstikalar özünəməxsus şəkildə açıqlanır. Məlumdur ki, “bərkgedən” hetçbekin yerindən 100 km/saat həddinə sürətlənmə 2,37 saniyə çəkir. Təkərlərin yerində fırlanması ilə başlayanda (naməlum üsulla) isə, bu sürətlənmə 2,07 saniyə çəkməlidir. Bu, Tesla elektrokarının göstəriciləri ilə müqayisə edilə bilər: amerikan elektrokarı 60 mil/saata (97 km/saat) 1,99 saniyəyə sürətlənir.

Zeekr 001 FR hetçbekinin maksimal sürəti 180 km/saatdır. Yürüş ehtiyatı və boş çəki açıqlanmayıb, lakin üstünlüyün 100 kilovat-saatlıq batareyaya verildiyi məlumdur. Müvafiq olaraq, CLTC dövrünə əsasən yürüş məsafəsi 656 kilometrdən az olmalıdır. Supercharger terminalından batareyanın 10 faizindən 80 faizə qədər doldurulmasına 15 dəqiqə gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

 “Bərkgedən” hetçbekin interyeri tərtibat və oturacaqların profili ilə fərqlənir, qalan cəhətdən əhəmiyyətli təkmilləşdirmələr yoxdur. Lakin Zeekr 001 FR hetçbekinin qiyməti ikimühərrikli versiyadan xeyli yüksək olmalıdır: bu, məhdud tiraj (ayda 99 ədəd) və möhtəşəm xarakteristikalar üçün ödənişdir. Jurnalistlər qiymətin bir milyon yuan ətrafında olduğunu güman edirlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.