İlin əvvəlində, ənənəvi olaraq, avtomobil bazarında aktivliyin azalması müşahidə olunur. Çin də istisna deyil. Bununla belə, 2025-ci ilin yanvarı Geely üçün çox uğurlu ay olub. Brend öz vətənində 152 min avtomobil satıb ki, bu da son səkkiz ilin, yəni 2017-ci ildən bəri rekord göstəricidir. Üstəlik, Geely brendinin tarixi boyunca əldə etdiyi ikinci nəticədir.
Bütün avtomobil markaları arasında Geely hələ də əlçatmaz olan BYD (181,9 min avtomobil) və Volkswagendən (171,9 min ədəd) brendlərindən sonra üçüncü yeri tutub.

Eyni zamanda, Geely 123,4 min avtomobil satmış Toyota şirkətini geridə qoymağı bacarıb. Beşinci yeri Changan (72,3 min ədəd) tutub.
Satışların həcminə görə reytinqin ikinci yarısında yerlər aşağıdakı kimi bölüşdürülüb: altıncı yer - Honda (69,6 min ədəd), yeddinci yer - Wuling (66,9 min ədəd), səkkizinci yer - Chery (66,1 min ədəd), doqquzuncu yer - Audi (52,8 min ədəd). İlk onluğu isə, BMW (52 min ədəd) tamamlayıb.

Dörd ildir satılan Geely Monjaro gözlənilmədən mövcud olduğu bütün bu müddət ərzində ən yaxşı nəticəni qeydə alıb: o, 29 minlik tirajla satılıb. 2024-cü ildə Çində 219.000 yeni Monjaro qeydə alınıb və 2021-ci ilin yayından, yəni modelin buraxılışından bəri ümumi satılmış avtomobillərin sayı 600 minə yaxınlaşıb.
Beləliklə, Geely Monjaro yanvarda Çin bazarında bestseller olub. Modellər üzrə ümumi reytinqdə ikinci yeri də Geely modeli tutub – bu, 28 min nüsxədə satılmış Xingyuan hetçbekidir. Onu Tesla Model Y, Volkswagen Sagitar və Wuling Hongguang Mini EV təqib edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.