Bu il Malayziyanın Proton şirkəti 35 illik yubileyini qeyd edir: 1985-ci ilin yayında ölkədə ilk xalq avtomobili olan Proton Saga (Mitsubishi Lancer modelinin lisenziyalı variantı) istehsalına başlanıb. Malaziyalıların Mitsubishi şirkəti ilə əməkdaşlığına uzun müddət bundan öncə son verilib.
2017-ci ildə Proton markası Çinin Geely holdinqinin tərkibinə daxil olub. Məlum məsələdir ki, belə münasibət istehsal olunan modellərin çeşidini təsirsiz ötüşməyib. Hələ 2018-ci ildə Proton X70 krossoveri, yəni “üzü dəyişdirilmiş” Geely Atlas modeli peyda olub. İndi isə, növbə Geely Coolray modelindən hazırlanmış yığam Proton X50 krossoverinə çatıb.
İdarəetmə orqanlarının soldan sağa köçürülməsini saymasaq (Malayziyada soltərəfli hərəkətdi), Coolray modelinin Proton krossoverinə çevrilməsi elə də böyük xərc tələb etməyib. Diqqət çəkən fərqlər yalnız yeni radiator barmaqlığındanvə emblemlərdən ibarətdir.
Proton X50 modeli də Coolray kimi, yeddi pilləli "robot" və ön ötürmə ilə tandem çalışan 177 at qüvvəli 1,5-litrlik üçsilindrli turbomühərrik ilə hərəkətə gəlir. Ancaq Coolray modeli standart olaraq iki hava yastığı ilə təchiz edilsə də, X50 altı yastığa malikdir.
Yeni Proton X50 modelinin Malayziya bazarındakı satışlarına ilin sonuna qədər start verilməlidir. Eyni zamanda, şirkətin rəhbərliyi gələcəkdə Proton modellərinin Geely avtomobillərinin klonlarına çevriləcəyi anlamına gəlmir. Şirkətin mühəndislik şöbəsi qorunub saxlanılıb və işini davam etdirir: beş il ərzində iki orijinal model işıq üzü görməlidir.