Bu günlərdə İnternet şəbəkəsində Radar markalı elektrik pikapının tizerləri peyda olub. Qeyd etmək gərəkdir ki, Radar markası Geely konserninin subbrendlərindən biridir. Radar brendi haqqında ilk məlumat bu ilin mayında peyda olub. Radar sözü çinlilər tərəfindən Rational Alone Discovery Accompany Romantic kimi açıqlanır. Çin istehsalçısı bu brend altında amerikan Rivian pikaplarının bənzərlərini buraxmaq niyyətindədir. Beləliklə, Radar modeli ağır və güclü premium pikapı olmalıdırlar.
Çin istehsalçısı hələlik pikapın ön hissəsi və bir neçə elektrik çıxışı olan yük bölümünün şəkillərini dərc edib. Texniki məlumata gəlincə isə, istehsalçı bu barədə təfərrüatları açıqlamayıb. Çox güman ki, yeni pikapın inşasında SEA modul arxitekturasından istifadə ediləcəkdir.
Geely nümayəndələrinin bildirdiyinə görə, bu platforma onun üzərində - siti-karlardan tutmuş kommersiya nəqliyyatı və superkarlara kimi, - istənilən növ avtomobili inşa etməyə inkan verir. Çin KİV-lərinin bildirddiyinə görə, Radar pikapının bir, iki və ya üç elektrik mühərriki ilə təchiz olunmuş variantlarda təklif edilə bilər.
Radar markasının ilk modelin bu ayın sonuna qədər debüt edəcəyi, onun satışlarının isə, ilin sonuna qədər başlanacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.