Çinin Geely şirkəti Icon krossoverinin yeni şəkillərini dərc edib. Bu dəfə çin istehsalçısı avtomobilin interyer şəkillərini yayıb. Yeni şəkillərdə multimedia sisteminin ekranı və mərkəzi tonnel əks etdirilir. Dərc edilmiş şəkillərdən də göründüyü kimi, salonda iki 10,25-düymlük displey vardır. Displeylərdən biri sürücünün qarşısındadır və orada cihazlar paneli təsvir olunur. İkinci sensorlu panel isə multimedia sisteminə cavabdehdir.

Şirkətdən salonda qutu,ciblər və bölmələrdən ibarət olan müxtəlif əşyaların saxlanılması üçün 31 yerin olduğu bildirilir. Məsələn, onlardan biri mərkəzi tonnelin aşağı hissəsində, digəri isə yuxarı hissəsində mövcuddur ki, yuxarıdakı bölmə smartfon üçün nəzərdə tutulubdur. Əlçatan avadanlıq siyahısına havanın keyfiyyətinə nəzarət sistemi, ionizator, avtomatik parklanma sistemi, panoram tavan və dairəvi müşahidə kameraları daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Geely Icon BMA modul platformasında inşa edilib. Bu platforma Geely və Volvo mühəndislərinin birgə məhsuludur.  Uzunluğu 4350 mm olan krossover 177 at qüvvəsi hasil edən 1,5-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Güc aqreqatının fırlanma anı ön oxa yeddi pilləli “robotun” vasitəsi ilə ötürüləcəkdir.

Yeni model bu ilin sonunda Çində satışa çıxarılacaqdır.