Geely Technology Group konserninin törəmə şirkəti olan Geespace 240 peykdən ilk doqquzunu kosmosa göndərib: onlar Siçan kosmodromundan buraxılıb və Yerin aşağı orbitinə çıxarılıblar. Peyklər şirkətə dronların mövqeyini santimetr dəqiqliyi ilə müəyyən edən mövqeləndirmə sistemini yerləşdirməyə və OmniCloud süni intellekt (Sİ) platformasını işə salmağa imkan verəcəkdir.
Sonuncu pilotsuz uçuş aparatlarının (PUA) hərəkət etməsinə və nəqliyyat infrastrukturu ilə əlaqə saxlamasına kömək etməklə yanaşı, eyni zamanda, dronlar və hava taksiləri üçün marşrutları planlaşdırmağa da qadirdir.
GeeSAT-1
Geespace aşağı orbitli kommersiya peyklərinin yaradıcısı, operatoru və kütləvi istehsalçısı olan ilk özəl Çin şirkətidir. Keçən ilin əvvəlində şirkətin lisenziya alaraq, Tayçjouda peyklərin istehsalı üzrə zavodu işə saldığı məlum olub. Bu zavod 2025-ci ilə qədər planlaşdırılan layihə gücünə (hər il 500 peyk) çatmalıdır.
GeeSAT-1 peyklərinin ilk partiyası nəinki yığılıb, hətta artıq kosmosa göndərilib. GeeSAT-1 modulyar, yüksək dözümlü, yüksək məhsuldarlıqlı aşağı orbitli peykdir. Bu peyk ona “qoşulmuş” Geely avtomobillərinin yerini santimetr dəqiqliyi ilə məyyən edir, təhlükəsiz avtonom idarəetməni təmin etmək üçün, nəqliyyat vasitələri və infrastruktur arasında əlaqəni yaradır.
İndiyədək doqquz peyk buraxılıb və 2025-ci ilə qədər daha 72 peyk kosmosa göndəriləcəkdir - onlar beş illik dövr üzrə işləyəcək, bundan sonra Yerin atmosferinə daxil olaraq, orada kosmik zibili əmələ gətirmədən dağılacaqlar. Qrupun tərkibinə ümumilikdə 240 peyk daxil olacaqdır.
Geespace kosmosa buraxılmış peykləri Çinin Zindao, Tayçjou, Korle, Çandu və Harbin şəhərlərində yerləşən yerüstü stansiyalar şəbəkəsi vasitəsilə idarə edir. Xidmətin əhatə dairəsi ilkin olaraq Çin bazarında və Asiya Sakit Okean regionunda mövcud olacaqdır, qlobal genişləndirməyə 2026-cı ildən sonra başlamaq planlaşdırılır.
Geespace şirkətinin rəhbəri Toni Vanq
Daha əvvəl peyklərin Geely qrupuna OmniCloud Sİ platformasını işə salmağa imkan verəcəyi bildirilmişdi. Öz növbəsində, bu platforma dronlara hərəkət etməyə və nəqliyyat infrastrukturu ilə əlaqə saxlamağa kömək edən “ağıllı üçölçülü mobil ekosisteminin” bir hissəsinə çevriləcəkdir.
Platformanın digər xüsusiyyətlərinə pilotsuz uçuş aparatları, hava taksiləri və dronlar üçün marşrutların planlaşdırılması, eləcə də müxtəlif yüksək texnologiyalı sensorları ümumi şəbəkəyə birləşdirərək sənaye sektorunu dəstəkləmək daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.