İlk dəfə dekabr ayında Nümayiş etdirilmiş Geely KX11 krossoveri artıq kamuflyaj örtüyünü itirib və tədricən avtomobil haqqında təfərrüatlar məlum olur. KX11 modeli Volvo törəmə şirkəti tərəfindən hazırlanmış CMA (Compact Modular Architecture) modul platformasında inşa edilmiş ən iri avtomobil olacaqdır.
Ölçülərinə görə. Geely KX11 krossoverini Hyundai Santa Fe modeli ilə müqayisə etmək olar: avtomobilin uzunluğu 4770 millimetr, eni - 1895 millimetr, hündürlüyü isə1689 millimetrdir. Çin avtomobilinin təkər bazası daha böyükdür: 2745 millimetrə qarşı 2845 millimetr.
Stilistik olaraq, KX11 modeli CMA platformasının üzərində qurulmuş yeni Geely Preface sedanı ilə ümumi cəhətlərə malikdir. Hər iki avtomobil öxşar ön hissəyə, şaquli radiator barmaqlığına və yan tərəflərin sadə plastikasına malikdir.
Krossoverin diametri 18 ilə 20 düym olan təkər diskləri təklif ediləcəkdir. Üçüncü oturacaq sırası hələlik təsdiqlənməyib və salonun şəkilləri dərc edilməyib. Krossoverin avadanlıq siyahısına panoram dam və dairəvi görüntü kameraları daxildir.
Geely KX11 modeli, sertifikat sənədlərində 218 və 238 at qüvvəsinə sahib olan 2,0-litrlik dördsilindrli benzin turbomühərriki ilə təklif ediləcəkdir. İki variant arasında fərq azdır, buna görə də, hasilat təchizatdan və ya ötürmə növündən asılı ola bilər. Transmissiya haqqında hələlik heç bir məlumat yoxdur: çox güman ki, həm “avtomat”, həm də preselektiv “robot” da olacaqdır (Volvo və Geely markalarının arsenalında hər iki transmissiya mövcuddur).
Geely KX11 krossoverinin təqdimatı yaz aylarında keçirilməlidir.