Geely şirkəti Çenduda keçirilən avtosalonda Boyue X modelini təqdim edib. Xatırladaq ki, Boyue modeli bizin bazarda Atlas adı ilə satılır. X indeksli model Çin markasının Starburst (ingilis dilindən tərcümədə “ulduz yaradan”) adlanan yeni dizayn üslubunu açıqlayır.
Çox güman ki, gələcəkdə Starbusrt dizayn konsepsiyası Geely avtomobillərinin vizit katına çevriləcəkdir. Ən maraqlısı odur ki, yeni üslubu yaradan dizaynerlər ulduzlardan deyil, Çin zihehlərindən ilham alıblar.
Hələlik isə, çinli jurnalistlər Boyue X modelini Boyue krossoverinin bir variantı olduğunu hesab edirlər. Lakin X-üzü olan krossoverin tezliklə adi krossoveri əvəzləyəcəyini də istisna etmək olmaz.
Boyue X modeli əvvəlkindən sahəsi genişləndirilmiş hava girişləri və X-şəkill forması olan radiator barmaqlığı ilə seçilir. Arxa tərəfdəki dəyişikliklər yenilənmiş bamperdən və fənərlərin arasındakı örtükdən ibarətdir. Bundan başqa, X krossover buraxılış sisteminin gizli çıxış borusuna, bamper və kandarlardakı dekorativ işləmələrin rəngində əyləc supportlarına malikdir. Xrom işləmələri isə qara rəngli dekor əvəzləyib.
Avtomobilin salonunda dəyişiklik demək olar ki, yoxdur. Çin istehsalçısı Boyue X modeli üçün fərdiləşdirmə imkanlarını genişləndirdiyini, interfeysi isə optimallaşdırdığını bildirib. Texniki hissədə də dəyişiklik olmayıb - Çində Boyue X modeli 184 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən 1,8-litrlik turbomühərrik və 7-pilləli “robot” ilə təklif edilir. Ötürmə ön oxadır. Gəlcəkdə Boyue X modelinin 1,5-litrlik turbomühərrikə əsaslanan “yumşaq” hibrid qurğu ilə də təchiz edilə bilər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.