Çinin Geely şirkəti Volvo aqreqatlarında inşa edilmiş Preface sedanının ilk rəsmi interyer şəkillərini dərc edib. Ağ və mavi rənglərdə tərtib edilmiş salonun şəkilləri markanın mətbuat xidməti tərəfindən yayımlanıb.

Şəkillərdə aşağı hissəsi “kəsilmiş” sükan çarxının arxasında yerləşdirlmiş rəqəmsal cihazlar panelini görmək olar. Ön panelin mərkəzində multimedia sisteminin ayrıca dayanan üfüqi ekran-planşeti yerləşir – bu ekran, Geely Coolray krossoverinin salonunda quraşdırılmış  sensorlu displeyin genişləndirilmiş versiyasıdır.

 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ön paneli aşağı hissəsində müxtəlif funksiyaları idarə etmək ümün nəzərdə tutulmuş fiziki düymələr yerləşdirilib. Mərkəzi tuneldə avtomatik ötürmələr qutusunun yığcam dəstəyini, xırda əşyaları saxlamaq üçün bağlanan bölməni və onun altındakı portları görmək olar. Qapı panelləri və Bose səs sisteminin dinamiklərinin barmaqlıqları kəsişən xətlərindən ibarət olan naxışlara malikdirlər.

Bir müddət bundan öncə, Geely şirkəti Preface modelinin rəsmi eksteryer şəkillərini dərc edib. Həm texniki, həm də zahiri cəhətdən yeni model Volvo şirkətinin modellərinə bənzəyir. Bu, heç də təəccüblü deyil, çünki yeni avtomobilin dizaynı üzərində Volvo şirkətinin sabiq dizayneri Piter Horberi işləyib. Eyni zamanda, Preface modeli isveç markasının CMA platformasında inşa edilib.