Çinin Geely şirkəti Küveytin müstəqil Kuwait Investment Authority fondundan Daimler AG konserninin 6,8 faizlik səhmlər dəstini almaq niyyətindədir. Bu sövdələşmə, Volvo, Proton və Lotus markalarının sahibi olan şirkəti alman istehsalçısının ən iri səhmdarlarında edə bilər. Bu barədə məlumatı "Bild am Sonntag" nəşri yayıb.
Bununla yanaşı, öz mənbələrinə istinad edən Reuters agentliyi Geely şirkətinin alman istehsalçısının qiymətli kağızlarının bir hissəsini əldə etdiyini bildirib. Əldə edilmiş səhmlərin sayı açıqlanmasa da, səhmlər dəstinin üç faizi keçmədiyi bildirilir.
Hazırda Daimler AG konserninin səhmlərinin 70,7 faizinin institusional səhmdarlara (müxtəlif fondler, sığorta təşkilatları, banklar), 19,4 faizinin isə özəl şəxslərə məxsus olduğu məlumdur. Daimler AG konserninin səhmdarlarında biri də, 3,1 faizlik səhmlər dəstinə sahib olan, Renault-Nissan-Mitsubishi ittifaqıdır. Bu Geely şirkətinin Daimler AG konserninin səhmlərinə sahib olmaq üçün etdiyi ilk cəhd deyildir. 2017-ci ilin noyabrında çinlilər alman şirkətinin beş faizlik səhmlərini əldə etmək istəsə də, buna nail olmamışdır.
Öz növbəsində Daimler AG çin istehsalçısı BAIC şirkətinin səhmdarıdır. 2013-cü ildə alman konserni çin istehsalçısının 12 faizlik səhmlərini 625 milyon avroya əldə edib.