Geely şirkəti 150-300 min yuan (22-44 min dollar) qiymət diapazonunda olan ən yeni elektromobillər və təkrar doldurulan hibridlər üçün Galaxy subbrendini yaradıb. Bu ilin əvvəlində yeni subbrendin ilk modeli Geely Galaxy L7 krossoveri işıq üzü görüb, indi isə, ikinci avtomobil debüt edib – bu, orta ölçülü Galaxy L6 sedanıdır. Əgər L7 şassi və kuzov baxımından ikinci nəsil Geely Boyue/Atlas krossoveri ilə unifikasiya edilibsə, L6 həqiqətən yeni avtomobildir.

Ölçü baxımından Geely Galaxy L6 modeli Geely model xəttində mövcud olan Emgrand L sedanı ilə eyni liqadadır.O, Volvo markası ələ keçirilməzdən əvvəl hazırlanmış FE platformasına əsaslanır. Bununla belə,  yeni model İsveç istehsalçısının elektrikləşdirilmiş E-CMA (Compact Modular Architecture) platformasında inşa edilib. L6  modelinin təkər bazası 2752 millimetrdir. Modeli müstəqil arxa asqıya malikdir, təkər disklərinin ölçüsü isə, 17 və ya 18 düym ola bilər.

Galaxy L6 sedanının kuzovu sıfırdan yaradılıb və digər modellərlə unifikasiya edilməib. Modelin dizaynı  L7 krossoveri ilə eyni üslubdadır. Sedanın uzunluğu 4782 millimetr, eni - 1875 millimetr, hündürlüyü isə 1489 millimetrdir. İnteryer tipik lekallar üzrə hazırlanıb – salonda 10,25 düymlük cihazlar panelini və  mərkəzi konsolu əvəzləmiş mediasistemin 13,2 düymlük planşetini görmək olar. Proyeksiya displeyi üçün yer olsa da, qurğunun özü hələlik yoxdur.

Qeyri-adi həllər arasında dirsəkaltılara quraşdırılmış daxili qapı tutacaqları (qapını açmaq üçün onları yuxarı çəkmək lazımdır) və iki uzununa bölmədən ibarət olan panoram dam var. Transmissiyanın idarə edilməsi sükan sütunundakı sağ dəstəyə həvalə edilib, üstəlik, hava təravətləndiricisi və 256 rəngli kontur işıqlandırması var. İstehsalçı Galaxy L6 modelinin yumşaq və rahat arxa divanını xüsusilə vurğulayır.

L6 sedanı qohum L7 krossoveri kimi, NordThor Hybrid 8848 hibrid sistemi ilə təchiz edilib. O, 44,26% yüksək istilik səmərəliliyinə malik olan 1,5-litrlik benzin “turbodördlüyü” (163 at qüvvəsi, 255 Nm), iki elektrik mühərrikini və üç pilləli DHT Pro transmissiyasını özündə birləşdirir. Əsas dartma mühərriki 146 at qüvvəsi və 338 Nm fırlanma anı hasil edir, ikinci mühərrikin parametrləri adlandırılmır, lakin o, əsasən generator kimi işləyir və yalnız lazım olduqda ön təkərlərə dartma qüvvəsini ötürür.

Hibrid güc qurğusu həm ardıcıl, həm də paralel rejimdə işləyə bilər. Eyni zamanda, Geely üçmühərrikli qurğunun çox ciidi pik hasilatının olduğunu iddia edir: 390 at qüvvəsi və 535 Nm. Dartma akkumulyatoru haqqında hələlik məlumat yoxdur, lakin onun tutumu dəqiq nominal olmayacaq, çünki Galaxy L6 üçün sırf elektrik ötürməsi ilə hərəkət rejimi də nəzərdə tutulub.

Hibrid sedan cari ilin üçüncü rübünün sonuna qədər Çin bazarına çıxacaqdır. Sedanın təxmin edilən qiymət diapazonu 150-200 min yuan (21-28 min dollar) arasındadır. Eyni zamanda, Geely Emgrand L sedanı da çeşiddə qalacaqdır. Hətta onun Hi-P hibrid top versiyası üçün yüngül restylinq də hazırlanıb. Yeni ön panel və interyerin başqa üslubda tərtibatı Çempion Edition xüsusi paketi kimi təqdim olunur.

Image alt Image alt

Emgrand L Hi-P modeli əvvəlki nəsil hibrid sistemi ilə təchiz edilir. Bu hibrid sistem də 1,5-litrlik turbomühərriki, iki elektrik mühərrikini və üç pilləli DHT Pro transmissiyasını ehtiva edir və onun pik hasilatı 317 at qüvvəsi və 610 Nm-ə bərabərdir. Belə sedanı artıq Çində çox cəlbedici qiymətlərlə (15.000 - 17.000 dollar arasında) sifariş etmək olar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.