Çinlilərin model çeşidinə maraqlı yanaşmaları ilə seçilirlər. Məsələn, götürək bizim bazarda satılmayan Geely Preface sedanını. 2020-ci ildə debüt edən sedan Səma İmperatorluğunda iki versiyada satılır – bu, 2020-ildə debüt edən adi Preface və 2023-cü ildə işıq üzü görmüş Preface L sedanıdır.
L indeksli versiya adi sedandan əhəmiyyətli dərəcədə dəyişdirilmiş görünüşü və interyeri ilə fərqlənir, üstəlik, o, hibrid modifikasiyada təklif olunur. İndi isə, Geely adi sedanı restylinqdən keçirmək qərarına gəlib.
Geely Preface-L
Yenilənmiş Preface orijinal optikasını saxlayıb, lakin konsentrik naxışı olmayan və əyri çubuqların əvəzinə düz variantı almış yeni radiator barmaqlığını (Monjaro krossoverindəki kimi) əldə edib. Bamper və qapı kandarları da yenidən işlənib, arxada isə, əvvəlki iki oval formalı borunun əvəzinə dörd lüləli çıxış borusu peyda olub.
Kuzov rəngləri çeşidi iki yeni çalarla genişləndirilib. İlkin təchizat səviyyələrində sedanlar 17-düymlük təkər diskləri ilə təchiz edilir, böyük versiyalarda isə, 18-düymlük disklər quraşdırıla bilər. Avtomobilinn uzunluğu 4785 millimetrdir.
Geely Preface
Yenilənmiş sedanın ön paneli Preface L modelinin ruhunda hazırlanıb: burada günəşliksiz 12,3-düymlük cihazlar paneli və Flyme Auto əməliyyat sistemi ilə çalışan yeni media sisteminin 14,6-düymlük “televizoru” var. Eyni zamanda, onun altında fiziki düymələr bloku saxlanılıb, transmissiyanın selektoru isə, mərkəzi tuneldə qalır (Preface L modelində açarlar yoxdur, transmissiyanın idarə edilməsi isə, sükan sütunundakı dəstəyə həvalə olunub).
Zəngin versiyalarda salonun zamşa və süni dəri ilə üzlənməsi, simsiz enerji doldurma funksiyası, proyeksiya displeyi, dairəvi görüntü kameraları, on dinamikli Infinity audio sistemi və quraşdırılmış aromatizator var. İkinci səviyyəli avtopilot da mövcuddur.
Texniki hissədə dəyişiklik yoxdur. Əvvəllər olduğu kimi, Çində Geely Preface sedanı 1,5 (181 at qüvvəsi) və 2,0 (190 və ya 238 at qüvvəsi) turbomühərriklər ilə təchiz olunur. Ən güclü mühərrik klassik səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Bu sedan ilk “yüzlüyə” 6,6 saniyəyə və maksimal 215 km/saata sürətlənir. Digər iki versiyada isə, iki muftalı yeddi pilləli “robot” quraşdırılır.
Çində yenilənmiş Geely Preface modelinin qiyməti 99 700 yuandan (23 780 manat) başlayır, avtomatik transmissiyalı üst versiya üçün 138 700 yuan (33 080 manat) tələb olunur. Fərqli dizayna malik olan Geely Preface L hibridi üçün 127-147 min yuan (30,5 – 35,2 min manat) ödəmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.