Geely holdinqi də Çin bazarında geniş vüsət alan elektrik mikrokarlar seqmentinə daxil olmaq qərarına gəlib. Hazırda bu seqmentdə ucuz Wuling Mini EV mikrokarı liderlik edir: cari ilin doqquz ayında 316 min mikrokar satılıb. Bu günə qədər rəqiblərdən ona yaxınlaşan yalnız 81 min nüsxədə satılmış Chery QQ modeli olub. İndi isə, Geely holdinqi onlara qarşı gülməli Panda modelini irəli sürmək qərarına gəlib.

Əslində, bu maşının adı ilə bağlı qarışıqlıq baş verib. Prototipin kuzovunda Geely emblemləri və yazıları olmasına baxmayaraq, bu ilin sentyabr ayında o, Çinin sertifikatlaşdırma bazasında Geometry M2 (Geely markasının elektrik subbrendi) adı altında peyda olub. Ancaq son bir neçə ay ərzində planlara yenidən baxılıb - indi elektrik avtomobili Geely Panda Mini kimi təqdim olunur, bununla belə, onun kuzovda  "Geome" yazıları var.

Yeri gəlmişkən, Geely artıq Panda adından istifadə edib – bu, 2008-ci il modelinin yığcam benzin hetçbekinin adı idi. Yeni Geely Panda Mini modelinin həmin hetçbeklə heç bir əlaqəsi yoxdur və yalnız reklam kampaniyası üçün yenidən panda ayısının təsviri fəal şəkildə istifadə olunacaqdır.

Əyləncəli görkəmə malik olan elektromobil şüşə damlı üçqapılı kuzova və dörd nəfərlik salona malikdir. Panda hetçbekinin uzunluğu 3065 millimetr, eni - 1522 millimetr, hündürlüyü isə 1600 millimetr təşkil edir. Onun təkər bazasının ölçüsü 2015 millimetrdir. Bütün oturacaqlar açıq olduqda, demək olar ki, baqaj üçün yer yoxdur, ona görə də hər hansı bir baqajı daşımaq üçün arxa oturacaqların bölünmüş kürək hissəsini qatlamaq gərək olacaqdır.

Panda rəqəmsal cihazlar paneli, media sistemin səkkiz düymlük ekranı və klimat-kontrolun ayrıca bloku olan "tam ölçülü" ön panelə malikdir. Hetçbekin təchizatına smartfonun simsiz doldurulması, qızdırılan ön şüşə, arxa görüntü kamerası və açarsız giriş sistemi daxildir, bəzi funksiyaları isə smartfon vasitəsi ilə uzaqdan idarə etmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çəkisi 1105 kiloqram olan elektromobil arxa ötürməlidir: 41 at qüvvəli elektrik mühərriki. Bütöv arxa körpüdə quraşdırılıb. Normal və Sport rejimləri nəzərdə tutulub. 17,3 kilovat/saatlıq litium-dəmir-fosfat batareyası təxminən 150 kilometr yürüyüşə kifayət etməlidir. Panda modelinin rəqiblərindən əsas üstünlüklərindən biri "yeyin" yükləməni dəstəkləməsidir: daimi cərəyanlı yükləmə cihazı 22 kilovat gücə malikdir, onun rəqibləri isə yalnız 7 kilovat gücündə dəyişən cərəyanlı cihazı təklif edirlər.

Geely Panda Mini Çin bazarına 2023-cü ilin əvvəlində çıxacaqdır. Ehtimal olunan satış qiyməti 5700 - 7000 dollar arasında olmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.