Çin holdinqi Galaxy subbrendinin minik avtomobilləri xəttinin flaqman olan E8 sedanının rəsmi şəkillərini paylaşıb. Söhbət, Geely Galaxy Light Concept konseptinin seriya versiyasından gedir. Dizaynerlər və mühəndislər kütləvi şəkildə buraxılacaq modeldə ön panelin eni boyu uzanan nəhəng ekranı və mübahisəli sükan-şturvalı saxlamaq qərarına gəliblər. Avtomobilin aerodinamikası əladır: Cx əmsalı 0,199 bərabərdir!
Geely öz diqqətini seriya elektromobilləri arasında ən yaxşı aerodinamik müqavimət əmsalını əldə etməyə yönəldib. Galaxy Light konseptində Cx əmsalı 0,19-a bərabər idi, güzgüləri olan seriya avtomobilində isə bu göstərici yalnız 0,09 artıb. Eyni zamanda, E8 kifayət qədər böyük avtomobildir: onun uzunluğu 5010 millimetr, eni – 1920 millimetr, hündürlüyü -1465 millimetr, təkər bazası isə 2925 millimetrdir.
8K təsvir ölçüsü olan üç ekranlı kokpit, “yüngül” dirsəkaltıları olan qapı kartları, minimum fiziki düymələr – Galaxy E8 salonunda hər kəsi təəccübləndirəcək çox şey var. Bununla belə, interfeyslə bağlı hələlik heç bir şərh verilməyib, texniki məzmun barədə məlumatı isə, sertifikatlaşdırma sənədlərindən əldə etmək olar: satışların başlanğıcında E8 arxa ötürmə və 272 at qüvvəli yeganə elektrik mühərriki ilə təklif ediləcək.
Galaxy E8 modeli Zeekr xətti ilə eyni SEA platformasına əsaslanır, ona görə də CATL dartma batareyalarının və 800 voltluq elektrik sisteminin quraşdırılacağını gözləmək olar. Mükəmməl aerodinamika sayəsində sedan optimist CLTC dövrünə əsasən, dolu batareya ilə 1000 kilometrdən çox məsafə qət edə biləcək. Təfərrüatlar tezliklə açıqlanmalıdır: bütün məlumatlar, böyük ehtimalla, noyabrın sonuna qədər açıqlanacaq.
Ümumilikdə, Galaxy xətti yeddi modeldən ibarət olacaq, altı yeni model isə 2023-2024-cü illərdə seriyaya gedəcək. Söhbət təkcə elektromobillərdən deyil, həm də Volvo E-CMA platformasında inşa edilmiş təkrar doldurulan hibridlərdən gedir: belə sxemə Galaxy L6 sedanı və Galaxy L7 krossoveri malikdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.