Geely şirkəti Xingyue krossoverinin “idman” versiyasını təqdim edib. Gözlənildiyi kimi, Xingyue S modeli adi versiyadan yalnız dekoru və salon tərtibatı ilə fərqlənir. Üstəlik, interyerdəki yazılar hər fürsətdə sahibinə avtomobilinin Volvo və Geely tərəfindən hazırlanmış Compact Modular Archtecture platformasında inşa edildiyini xatırladır. Müvafiq CMA qısaltması qapı moldinqlərinə, ön panelin sərnişin tərəfindəki hissəsinə və genişləndirilmiş yan dəstəyi olan oturacaqların kürək hissəsinə vurulub.

Geely Xingyue S modelinin adi Xingyue krossoverindən elə də böyük fərqi yoxdur. Bu fərqlər konsentrik “genişlənən kainat” naxışına malik olan radiator barmaqlığından, yan tərəflərə və ön bamperə vurulan turşu-yaşılı rəngli işləmələrdən, kiçik arxa spoylerdən, səsboğucu sisteminin dörd çıxış borusundan və 20-düymlük təkər disklərindən ibarətdir. Salonda nappa dərisi və zamşadan oturacaq üzlükləri, oturacaqlar və qapılardakı matrisa naxışları, habelə ön paneldəki xətli naxışlar diqqəti çəkir.

Image alt Image alt Image alt Image alt Image alt

Xingyue S versiyası yalnız 238 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2.0-litrlik turbomühərriklə təklif olunur. Transmissiya - səkkiz pilləli Aisin avtomatik ötürmələr qutusudur. Sonradan bu mühərrikin 190 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən versiyası da təklif ediləcəkdir. Geely Xingyue S modellinin (bu xəbəri kopyalayıb Autograph.az saytına istinad etməyən şərəfsizdir) daxili bazardakı satışlarına bu ilin üçüncü rübündə başlanmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.