Yeni nəsil Geely Atlas krossoverinin təqdimatı avqustun 5-də baş tutmalıdır. Çin istehsalçısı yeni modelin debütünə bir neçə gün qalmış onun interyeri təsvir olunan tizeri dərc edib. İnteryer həqiqətən qeyri-adi görünür: futuristik ön panel və Tesla modellərindəki kimi multimedia sisteminin şaquli planşeti əvvəlki modeldəki düzbucaqlı displeylərdən köklü şəkildə fərqlənir. Çin bazarında model Boyue adını qoruyub saxlayacaq, lakin L hərfi ilə tamamlanacaqdır.

İkinci nəsil Geely Boyue (bizim bazarda Atlas adı ilə satılır) modeli Geely və Volvo tərəfindən hazırlanmış CMA platformasına keçəcəkdir. L indeksli modelin ölçü baxımından sələfindən böyük olacaqdır.

Məsələn, krossoverin oxları arasındakı məsafə 2,67-dən 2,78 metrə, ümumi uzunluğu isə 4,5-dən 4,67 metrə qədər artmalıdır. İlk mərhələdə model 181 at qüvvəli 1,5-litrlik və 218 at qüvvəli 2,0-litrlik turbomühərriklər ilə təklif olunacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Daha sonra iə, 1,5-litrlik üçsilindrli turbomühərrikə əsaslanan Leishen hibrid qurğusu da təklif olinmalıdır. Hibridin yürüş ehtiyatı təxminən 1000 kilometr olmalıdır.

Geely Bonyue L modelinin seriya istehsalı 2022-ci ilin noyabrında başlanmalıdır. Bəzi məlumatlara görə, krossoverin istehsalı Ninbodakı Geely zavodunda, digərlərinə görə isə, Baojidəki zavodda təşkil olunacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.