Geely şirkəti bizim Atlas kimi tanıdığımız, Çində isə, Boyue adı ilə satılan krossoverin ikinci nəslini təqdim edib. Boyue modeli yerli bazarda 2015-ci ildən satışdadır. İndi isə, tamamilə yeni, ikinci nəsildən olan Geely Boyue L modelinin təqdimatı keçirilib.

Avtomobilin adındakı “L” hərf  ikiqat məna daşıyır: birincisi, daxili kodu FX11 olan yeni krossover həqiqətən də sələfindən nəzərə çarpacaq dərəcədə uzundur (“Long”), ikincisi, o, ikinci nəslin bazar markerinə çevriləcəkdir. Səbəb isə məlumdur - Geely şirkəti birinci nəslin istehsalını davam etdirmək niyyətindədir.

Yeni nəslə keçidlə birlikdə Boyue modeli inşa edildiyi platformanı da dəyişib: Geely şirkətinin NL arxitekturasını Volvo tərəfindən hazırlanmış CMA (Compact Modular Architecture) modul platforması əvəzləyib.

Eyni platformaya Lynk & Co modellərinin əksəriyyəti Volvo XC40 və Geely Tugella krossoverləri də əsaslanırlar. Arxada müstəqil asqı var, təkər bazasının ölçüsü isə, 2777 millimetrə qədər uzadılıb.

Beləliklə, Bonyue L modelinin təkər bazası əvvəlki modeldən 107 millimetr, Tugella modelindən isə, 77 millimetr uzundur. Təkər izi də genişlənib - öndə 58 millimetr, arxada isə 68 millimetr. İndi hər iki oxda təkər izinin ölçüsü 1618 millimetrdir.

Ölçülərdəki artım nəzərəçarpacaq dərəcədədir: Geely Boyue L sələfindən 126 millimetr uzun (4670 millimetr) və 69 millimetr daha genişdir (1900 millimetr). Onun hündürlüyü isə, 8 millimetr (1705 millimetr) azalıb. Krossoverin dizaynı keçən il nümayiş etdirilmiş Geely Vision Starburst konseptinin üslubundadır. 

Fənərlər (onların qalınlığı cəmi 120 millimetrdir) və onların arasında işıq saçan qırıq xətlər 182 ədəd işıqdiodlarından ibarətdir. Krossover artıq “bazada” 18-düymlük təkər diskləri ilə təklif olunur.

Təəssüflər olsun ki, Boyue L modelinin interyer yalnız tizerlərdə göstərilib. Mərkəzi konsolun əvəzinə klimat-kontrolun və digər funksiyaların cəmləşdiyi 13,2-düymlük planşet quraşdırılıb. Mediasistem Geely Galaxy OS Air əməliyyat sisteminə və Qualcomm 8155 mikroçipinə, 5G bağlantısı və “hava” üzərindən yenilənmə funksiyasına malikdir.

Geely Boyue L modelinin təchizatına 10,25-düymlük virtual cihazlar paneli, tamamlanmış reallıqlı proyeksiya displeyi və dairəvi müşahidə kameraları daxildir. Avadanlıq siyahısında ikinci səviyyəli avtopilot, yəni zolada saxlama və yol nişanının tanınması funksiyaları olan adaptiv kruiz-kontrol da var.

İlkin satışa benzin versiyaları çıxacaqlar. Baza Geely Boyue L modeli 181 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edən 1,5-litrlik “turbodördlük” ilə təchiz edilir. BHE15 indeksinə malik olan aqreqat bu yaxınlarda yenilənmiş Geely Coolray krossoverində debüt edib.

İkinci modifikasiya isə, 218 at qüvvəsi və 325 Nm fırlanma anı hasil edən 2,0-litrlik (4G20TDJ) turbomühərriki ilə təchiz edilir. Bu mühərrik Geely Tugella modelindən götürülüb.Hər iki versiya da iki muftalı yeddi pilləli “robot” və alternativsiz ön ötürmə ilə təchiz olunur.

Bir müddət sonra, krossoverin modifikasiya çeşidinə adi və təkrar doldurulan Hi-X hibridləri daxil ediləcəklər. Hibrid qurğunun tərkibinə 1,5-litrlik üçsilindrli kompressorlu mühərrik, elektrik mühərriki və üç pilləli transmissiyaya daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tam ötürməli modifikasiyalar barədə hələlik məlumat verilməyib, lakin onların buraxılması çətinlik yaratmamalıdır, çünki CMA platformasında inşa edilmiş digər avtomobillərdə 4x4 transmissiyası mövcuddur.

Yeni Geely Boyue L krossoveri Çində bu ilin payızında satışa çıxmalıdır. Benzin versiyaların qiymətinin 21.000 - 27.000 dollar arasında olacağı ehtimal edilir. Məsələn, Çində birinci nəsil Geely Boyue X modelinin qiyməti 17 min dollardan başlayır. Bir müddətən sonra isə, Geely yeni modelin ixrac planları barədə açılama verəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.