Alman tüninq atelyesi GeigerCars Ford Mustang GT modeli üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim etmişdir. Görülən işlər nəticəsində avtomobilin mühərrikinin gücü 820 at qüvvəsi təşkil etmişdir. Mustang GT modelinin baza variantı beş litrlik səkkiz silindirli mühərriklə təchiz edilir. Bu mühərrikin göstəriciləri 435 at qüvvəsi və 542 Nm fırlanma anıdır. Alman mütəxəssisləri güc aqreqatını mexaniki kompressorla, soruq giriş və idman xarakterli buraxılış sistemi ilə təchiz etmişdirlər.

Bundan əlavə, onlar sürgü qollarını, pistonları və kardan valını dəyişdirmişdirlər.  Bu dəyişiklərin nəticəsində mühərrikin gücü 385 at qüvvəsi və 217 Nm artaraq 820 at qüvvəsinə və 759 Nm bərabər olmuşdur. Bundan başqa avtomobil, yeni idman asqısını, altipistonlu Brembo əyləc mexanizmlərini, arxa oxdakı Torsen differensialını əldə etmişdir.

Almanlar avtomobilin zahiri görkəmini də yeniləmişdirlər. Bu yeniləmələrə karbondan hazırlanmış elemetləri olan aerodinamik kuzov dəsti və öndə 233/35, arxada 295/30 ölçülü təkərlər geyindirilmiş 20-düymlük disklər də daxildir. Təkmilləşdirmələrin tam dəstinin qiyməti 109,5 min avro edir. Ford Mustang GT modelinin baza qiyməti 45,9 min avro təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt