İki il əvvəl Renault Qrupunun rəhbərliyi Alpine markası üçün Dream Garage adlı perspektivli model cərgəsini elan edib. Buraya üç elektromobil – “qaynar” hetçbek, krossover və sportkar daxildir. Bu modellərdən birincisi demək olar ki, hazırdır: bu, Alpine A290_β konseptidir. Yəni, gələcək “qaynar” hetçbekin beta versiyası...
Çeşidi genişləndirmək üçün Alpine öz modellərinin ənənəvi indeksləşdirmə sisteminə yeni məna verib. Birinci rəqəm avtomobilin ölçüsünü göstərir (2 rəqəmi B seqmentindən olan avtomobillərə verilib), ikinci və üçüncü rəqəmlər isə modelin təyinatına işarə edir. 10 rəqəmi tamölçülü idman avtomobillərinə (bu Alpine A110 kupesidir), 90 rəqəmi isə universal avtomobillərə (gələcək krossover də daxil olmaqla) veriləcəkdir.
Alpine A290 müstəqil model deyil, hələlik konveyerə çıxmamış Renault 5 retro-hetçbekinin güclü və drayver versiyasıdır. Xarakterik dizayna malik olan hündür beşqapılı kuzovun mövcudluğunun əsas səbəbi də məhz budur.
Amma dizaynerlər Alpine markasını daşıyan avtomobil üçün bir sıra xüsusiyyətləri hazırlayıblar. Məsələn, burundakı əlavə projektorlar standart avadanlıqa çevrilməlidirlər.
Alpine A290_β hetçbeki 20-düymlük təkər disklərinə, əlavə aerodinamik kuzov dəstinə, iri arxa diffuzora və genişləndirilmiş təkər tağlarına malikdir. Ancaq arxa qapılardakı girintilər səksəninci illərin ortamühərrikli Renault 5 Turbo modelinin hava girişlərini təqlid edən yalançı elementlərdir.
Maraqlı bir detal: fransız markasının sağ qanaddakı emblemi oxun irəli göstərməsi üçün güzgüləndirilmiş şəkildə qoyulub. Hot-hrtçin uzunluğu 4,05 metr, eni 1,85 metr, hündürlüyü isə 1,48 metrdir.
Beta versiyanın gələcək seriya avtomobillə 85% uyğun olduğu bildirilib. Alpine A290 hetçbeki orijinal Renault 5 modeli kimi, ön ötürməsi və müstəqil arxa asqısı olan kütləvi CMF-B EV platformasında inşa edilib.
Lakin beta-konseptdə ön oxda iki dartma elektrik mühərriki var (onların gücü barədə məlumat verilmir), seriya avtomobilində isə yalnız bir elektrik mühərrikinin olacağı gözlənilir. İlkin məlumata görə, o, Renault Megane E-Tech modelində olduğu kimi, eyni 218 at qüvvəsinə malik olacaqdır.
Əlbəttə ki, seriya hetçbeki tamamilə fərqli interyerə sahib olacaqdır. Çünki dizaynerlər konsept üçün adi cihazlar panelinin əvəzinə proyeksiya displeyi, oval formalı şturvalı və mərkəzdə yerləşdirilmiş sürücü oturacağı olan üçnəfərlik yarış kokpitini fikirləşiblər. Sərnişin oturacaqları yan tərəflərdə yerləşir və bir qədər geri çəkiliblər. Əmtəə avtomobili iki oturacaq cərgəsinə malik olan ənənəvi interyeri ilə seçiləcəkdir.
Alpine A290 seriya hetçbeki 2024-cü ilin payızında debüt etməlidir. O vaxta qədər Renault 5 baza modeli artıq istehsala getməlidir. Hər iki model Fransanın Due şəhərindəki Renault zavodunda buraxılacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.