Debütü 2026-cı ilə planlaşdırılan gələcək Lancia Gamma krossoverinin ilk tizeri dərc edilib. Tizerdə arxa tərəfdəki mərkəzi əyləc işığının şaquli fraqmenti göstərilir. Maraqlıdır ki, italyan brendinin əvvəlki planlarında bu avtomobil Lacia Aurelia adı ilə işarələnmişdi, lakin sonunda Lancia şirkəti Gamma adına üstünlük verib. İtalyan şirkəti Gamma adından 1976-1984-cü illər arasında istifadə edib.
Lancia markasının ilk krossoveri STLA Medium platformasında inşa olunacaq ki, bu da tam elektrik versiyasının da olacağına dəlalət edir. Lancia Gamma modelinin istehsalı İtaliyada, Melfi şəhərindəki zavodda yerləşdiriləcək. Hazırda bu müəssisədə Jeep Renegade və Compass krossoverləri buraxılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.