RM Sotheby’s hərrac evinin lotlarının arasında maraqlı bir avtomobil peyda olmuşdur. Bu nadir tapılan Porsche 911 Carrera RSR 3.8 modelidir. Bu unikal avtomobil 51 nüsxədən ibarət tirajla istehsal edilmişdir.
Hərraca çıxarılan avtomobil 1993-cü ildə buraxılmışdır və cəmi 10 kilometrlik yürüşə malikdir. Carrera RSR 3.8 modeli trek sportkarı olaraq istehsal edilmişdir ki, bu avtomobillərin də əksər hissəsi təhlükəsizlik karkası olan minimalist interyerə sahib olmuşdurlar.
Hərrac evinin bildirdiyinə görə, satışa çıxarılan avtomobil bütöv interyerə malik olan iki avtomobildən biridir. Avtomobilin ilk sahibi onu tamamilə qırmızı interyerlə sifariş etmişdir. Lotun təsvirində avtomobilin orijinal konfiqurasiyada olduğu bildirilir. Bununla belə, sportkarın 24 il nə səbəbə toxunulmaz halda bə harada saxlanıldığı haqqında məlumat verilmir. Sportkar 911 modelinin 964 kodlu nəslinin bazasında hazırlanmışdır. Onun kuzovu Turbo variantdan götürülmüşdür. Avtomobil 350 at qüvvəsinə malik olan 3.8-litrlik oppozit atmosfer mühərriki ilə təchiz edilmişdir. Qeyri-rəsmi məlumatlara görə, əslində mühərrikin göstəricisi rəsmi məlumatda göstəriləndən fərqlənir və 375 at qüvvəsi hasil edir.
Unikal sportkarın hərracı may ayının sonunda İtaliyada keçiriləcəkdir. Onun qiymətinin bir neçə milyon avro təşkil edəcəyi ehtimal olunur.