Gemballa alman tüninq atelyesi əvvəlki nəsil Porsche 911 sportkarının bazasında inşa ediləcək aqressiv Avalanche 4x4 ofroud kupesinin dizayn eskizlərini dərc edib. Yeni yolsuzluq kupesi ilin sonuna qədər debüt edəcək və böyük ehtimalla, Gemballa atelyesinin banisi Uve Gemballanın oğlu Mark Filip tərəfindən anons edilmiş bənzər avtomobilə cavab olaraq hazırlanıbdır.
Eskizlərdən göründüyü kimi, Gemballa Avalanche 4x4 modeli bamperlərdə mis haşiyələri olan karbondan hazırlanmış kuzovu və artırılmış hündürlüyü olan asqını əldə edəcəkdir. Avtomobil "dişli" yolsuzluq şinlərinə, iki səthə malik olan bərkidilmiş antiqanada və mühərriki soyutmaq üçün nəzərdə tutulmuş damdakı hava girişlərinə sahib olacaqdır. Hələlik sonuncu sistem barədə məlumat verilməyib.
Buna baxmayaraq, 991/992 seriyalı idman avtomobilləri üçün hazırlanmış GTR 8XX Evo-R BiTurbo təkmilləşdirmələr dəsti 3,8-litrlik oppozit mühərrikinin gücünü 818 at qüvvəsinə, fırlanma anını isə 1098 Nm- qədər artırmağa imkan verir. Belə mühərriklə təchiz edilmiş kupe 100 km/saat həddinə 2,3 saniyəyə sürətlənir. Avtomobilin maksimum sürətinin 370 km/saatın üzərində olduğu bildirilir.
Gemballa atelyesi Avalanche 4x4 layihəsinin hazırlamaq niyyətində olduğunu, Mark Filipp Gemballanın MP Gemballa GmbH şirkətini təsis etməsindən və debüt layihəsini göstərməyə hazır olduğu bildirməsindən iki həftə sonra elan edib.
Yeni avtomobilin Porsche 911 (992) sportkarının əsasında yaradılmış və əfsanəvi Porsche 959 modelinə ithaf edilmiş superkar olacağı məlumdur. Mark Filipp Gemballa öz əsərini “yolsuzluq superkarı” adlandırır və hesab edir ki, bənzərsiz avtomobillər yaratmağın əsl vaxtıdır.
Martın əvvəlində Gemballa şirkəti Mark Filippə qarşı cinayət işini başlandığını elan edib. Alman atelyesi onu markanın adından qanunsuz istifadə etməkdə və fırıldaqçılıqda ittiham edir.Bu, ən azından,Mark Filippə Gemballa adı altında "yolsuzluq" sportkarını buraxmağı qadağan edir.