Almaniyada yerləşən məşhur tuninq atelyelərindən biri olan Gemballa GmbH firması McLaren 650S sportkarı üçün tüninq proqramını təqdim etmişdir. Almaniyalı mütəxəssislər avtomobili «yerə yatmış və incə» görkəm bəxş edən və tərkibinə xüsusi formalı yan kandarları daxil olan aerodinamik kuzov dəsti ilə təchiz etmişdirlər. Sportkar həmçinin, yerə basma gücünü artıracaq diffuzoru olan yeni arxa bamper də əldə etmişdir. Zahiri dəyişikliklər cüzi xarakter daşısa da, Gemballa şirkətinin mütəxəssisləri bu yeniliklərin yerə yatma gücünü artırdığını və döngələri daha yüksək sürətlə qət etməyə şərait yaratdığını iddia edirlər.
Qeyd etmək lazımdır ki, sportkar 20 və 21 düymlük təkər diskləri ilə də təchiz edilir ki, onlarında quraşdırılması üçün isə, karbondan hazırlanmış geniş təkər tağlarına ehtiyac vardır. Avtomobilin salonunun tərtibatının yaxşılaşdırılması üçün Gemballa mütəxəssisləri istənilən materialdan istifadə etməyə hazırdılar. Bunların sırasında yüksək kefiyyətli dəridən tutmuş xüsusi ayaqaltılar da vardır.
Gemballa GT McLaren 650S adını almış superkarın 3,8-litrlik iki turboüfürməli V8 mühərriki təkmilləşdirilmiş elektron blokla təchiz edilir ki, bu blokun tətbiqi sayəsində mühərrikin gücü 20 at qüvvəsi, fırlanma anı isə 49 Nm artmışdır. Nəticədə mühərrik gücü 670 at qüvvəsinə, fırlanma anı isə 727 Nm bərabərdir. Tüninq dəstinin qiyməti Gemballa tərəfindən 33900 avro (58000 manat) təyin edilmişdir.