Belarusdan olan dizayner Artyom Smirnov və onun ukraynalı həmkarı Vladimir Pançenko Audi şirkəti üçün iki futurustik yük avtomobilinin layihəsini hazırlamışdırlar. Yük avtomobilləri elektrik güc qurğusu ilə hərəkətə gəlirlər. Layihənin fotoşəkilləri Behance saytında dərc edilmişdir.
Çox güman ki, bu layihələr Smirnov və Pançenkonun şəxsi təşəbbüslərinin nəticəsidir. Dizaynerlər birlikdə futurustik yük avtomobili yaratmaq qərarına gəlsələr də, sonunda onlar iki avtomobil hazırlamışdırlar. A və B layihəısi almış işlərin arasında ən yaxşısını seçmək üçün onlar sosial şəbəkələrin istifadəçilərinə müraciət etmişdirlər.
"A" layihəsi avtonom idarəetrmə sistemi ilə təchiz edilmiş və elektrik güc qurğusu ilə hərəkətə gələn yük avtomobilini nəzərdə tutur.
Avtomobilin əsas xüsusiyyətlərindən birinin yığışdırılan spoyler olduğu bildirilsə də, bu spoylerin harada yerləşdiyi və neçə fəaliyyət göstərdiyi barədə məlumat verilməmişdir.
Bundan başqa, fura ön və orxa oxlar arasında yerləşdirilmiş dəyişdirilən akkumulyator dəsti ilə də təchiz edilmişdir.

Vladimir Pançenko (solda) və Artyom Smirnov (sağda)
"B" layihəsi kimi tanınan yük avtomobili isə insan tərəfindən idarə edilir. Bu yük avtomobilində sürücü və onun yardımçısı damda quraşdırılmış açıq kabinada otururlar. Onlar xüsusi kostyumlarla və oksigen maskası olan dəbliqə ilə təchiz edilmişdirlər. Yük avtomobilin sükanı idman avtomobillərinin sükan çarxını xatırladır.
Audi şirkətinin bu layihələrə reaksiyası məlum olmasa da, gənc dizaynerlərin maraqlı layihə hazırladıqları göz qabağındadır.