Çin bazarında dəbdəbəli minivenlər alman üçlüyünün bayraqdar sedanları qədər populyardır desək yanılmarıq. Çin iş adamları əksər hallarda geniş iç məkana sahib olan dəbdəbəli minivenlərə üstünlük verirlər. Məsələn, bu seqmentdə Mercedes-Benz şirkəti V-Class modeli, Lexus isə LM miniveni ilə təmsil olunublar.
General Motors konserni də, bu seqmentdə aktiv çıxış edən istehsalçılardandır. Bu yaxınlarda amerikan konserni Çin bazarı üçün nəzərədə tutulmuş Buick GL8 minivenlərinin yenilənmiş çeşidini nümayiş etdirib. İlkin olaraq, amerikaləlar modelin dörd fərdi oturacağa malik olan versiyasını təqdim ediblər. Bir müddət sonra isə, üç oturacaq cərgəsinə malik olan sadə versiya debüt edib.
5219 millimetrlik uzunluğa malik olan miniven bir müddət bundan öncə nümayiş etdirilmiş konseptdən demək olar ki, fərqlənmir. Sadə variant da, dəbdəbəli miniven ilə Eyni dəyişiklikləri alıb. Yeni miniven restaylinqdən əvvəlki versiyadan yeni LED işıq texnikası və başqa dizayna malik olan bamperləri ilə seçirlir.
Əvvəllər olduğu kimi, Buick GL8 miniveni altı və ya yeddi yerlik salonla təklif ediləcəkdir: birinci halda, ayrı oturacaqlar ikinci cərgədə yerləşir və Avenir modelinin yenilənmiş versiyasında onlar tamamilə yenidir - oturacaqlar iri dirsəkaltılara, qızdırılma, havalandırma və masaj funksiyasına malikdirlər. Qatlanan masalar ön oturacaqların arxasında quraşdırıla bilər və çox sayda USB girişləri isə, hətta üçüncü cərgədə də mövcuddurlar.
Minivenin bütün versiyaları cihazlar panelinin və və media sistemlərin geniş ekranları olan yenilənmiş ön panelə, mərkəzi konsoldakı iqlim-nəzarət sisteminin yeni blokuna və transmissiyanın qeydə alınmayan coystikinə sahib olublar. Elektriklə işləyən sürüşən qapıları açarkən, bir neçə rejimdə işləyə bilən kandar lampaları gözəl salamlama işıqlandırmasını yarada bilərlər.
Buick GL8 miniveninin kapotunun altında 230 at qüvvəsi hasil edən 2,0-litrlik dördsilindrli LSY turbomühərriki yerləşib. Restaylinqdən öncəki mühərrik 260 at qüvvəsi təklif edirdi. Hələlik ötürmə barədə məlumatı yoxdur. Təfərrüatlar satışların başlanmasına bir neçə həftə qalmış açıqlanacaqdırlar.