Bu ticarət nişanından mövcud olan Genesis modellərinin - GV80 krossoveri və G80 sedanının idman versiyaları, həmçinin X Gran Berlinetta və GV60 Magma konseptləri üçün nəzərdə tutulub. Sonuncu ABŞ-da Nyu-York avtosalonun açılışı ərəfəsində təqdim edilib: o, inkişaf etmiş aerodinamik kuzov dəstinə malikdir, həmçinin standart GV60 modelindən daha alçaq və genişdir.
Artırılmış hasilatı olan güc qurğusu haqqında hələlik heç bir məlumat verilməyib, lakin yeni məhsulun "təkmilləşdirilmiş batareyaya" sahib olacağı bildirilir.
Genesis mətbuat xidmətinin rəsmi bəyanatında yeni Magma xətti ilə bağlı çox az miqdarda məlumat verilib. Yaxın gələcəkdə hazırki model xəttindəki hər bir seriya modelinin Magma versiyasına sahib olacağı bildirilib. Görünən odur ki, istehsala buraxılan ilk model elektrik GV60 Magma krossoveri olacaq.
Onun "təkmilləşdirilmiş səmərəliliyə", habelə əyləclər, akkumulyator və elektrik mühərriklərinin əlavə soyudulmasına, eləcə də salondakı çalov-oturacaqlara və 21-düymlük aerodinamik təkər disklərinə sahib olacağı vəd edilir. Bütün Magma avtomobillərinin seçilən xüsusiyyəti parlaq narıncı rəngə boyanmış kuzovları olacaqdır.
Qeyd etmək lazımdır ki, GV60 modeli Hyundai Ioniq 5 və Kia EV6 ilə eyni platformada inşa edilib. Bu modellərin artıq "bərkgedən" versiyaları - müvafiq olaraq Ioniq 5 N və EV6 GT modelləri var.
Ioniq 5 N keçən ilin yayında debüt edib: onun ümumi gücü 650 at qüvvəsi olan iki elektrik mühərriki var. “Bərkgedən” model sıfırdan 100 km/saata 3,4 saniyəyə sürətlənir və 260 km/saatlıq maksimal sürətə malikdir. Kia EV6 GT modeli də, öz növbəsində, iki elektrik mühərrikinə malikdir və güc qurğusunun ümumi hasilatı 585 at qüvvəsi təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.