Los Ancelesdə keçirilən xüsusi tədbirdə Genesis amerikan bazarı üçün nəzərdə tutulmuş yenilənmiş GV70 və Electrified GV70 krossoverlərini nümayiş etdirib. Hər iki versiya 2025-ci ilin birinci yarısında yerli dilerlərin şourumlarında peyda olacaq və sələflərindən nəinki bir qədər dəyişdirilmiş görünüşü və təchizatı ilə fərqlənəcəklər.

Digər şeylər arasında, bu, qar, qum və palçıq üçün profilləri olan Terrain Mode hərəkət rejimləri selektoru və böyük GV80 modelindən götürülmüş 27-düymlük OLED paneli də var. Bu baxımdan, Amerika üçün GV70 modelləri əvvəl təqdim edilən Cənubi Koreya versiyasını təkrarlayıb.

2026-cı model ilinin yanacaqlı krossoverləri üçün asteroid qurşağındakı cırtdan planetlərdən birinin adını daşıyan yeni Ceres Blue çaları də daxil olmaqla 10 kuzov rəngi və nappa dərisindən dörd üzlük variantını təklif edəcəklər. Batareyalı Electrified GV70 modeli isə, öz növbəsində, altı kuzov rəngidən ibarət palitraya və interyer təribatının dörd rəng sxeminə malik olacaq.

Yenilənmiş avtomobilləri G-Matrix naxışı olan başqa Crest Grille, ön və arxa MLA fənərləri sayəsində ayırd etmək olar. Onların təkər diskləri də yenidir - standart olaraq 19-düymlük disklər təklif edilir. Əlavə ödəniş müqabilində 21 düymlük variantları sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt

GV70 modeli OLED paneli ilə yanaşı, koreyalılar səsli idarəetmə sisteminin və “hava” üzərindən yenilənmə funksiyasının işini yaxşılaşdırıblar. Smart Key açarsız giriş sistemi arxa qapılarla işləməyi öyrənib, Electrified GV70 modelində isə, North American Charging Standart (NACS) doldurma portunu alıb. Krossoverin təchizatına həmçinin Bang & Olufsen səs sistemi, üç zonalı iqlimə nəzarət sistemi, habelə sürətlənmə və əyləcləmə zamanı köndələn yırğalanmanı azaldan Highway Body Motion Control sistemi daxildir.

Mühərrik çeşidində 304 at qüvvəli 2,5-litrlik “turbodördlük” və 380 at qüvvəli 3,5-litrlik V6 mühərriki daxildir, Electrified GV70 versiyası isə, 84 kilovat-saatıəq batareyaya və 489 at qüvvəli  ikimühərrikli elektrik güc qurğusuna malikdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.