Hyundai şirkətinin premium sub-brend olan Genesis eksklüziv avtomobillər buraxacaq One Of One bölməsini təsis etməyə hazırlaşır. Bu barədə The Korean Car Blog nəşri xəbər verib. Yeni bölmə mövcud olan modellər üçün xüsusi sifarişlə aksessuar paketlərini yaradacaq, zirehli və məhdud saylı tirajla buraxılacaq avtomobilləri inşa edəcəkdir. İnsayderlər One Of One bölməsinin bu ilin sonuna qədər fəaliyyətə başlayacağını iddia edirlər.
Genesis GV70
Genesis brendi 2015-ci ildə peyda olub və yeddi il ərzində onun model xətti səkkiz modelə qədər genişlənib. Premium subbrendin model çeşidinə sedanlar, limuzinlər, bir neçə krossover, universal və hetçbek, habelə iki elektromobil daxildir.
Genesis G80
Eyni zamanda, Genesis bir sıra bazarlarda öz iştirakını fəal şəkildə genişləndirir və təsdiq olunmamış məlumata görə, bu ilin sonuna qədər mövcud modellərin eksklüziv versiyalarını yaratmaq ilə məşğul olacaq One Of One bölməsini təsis etməyi planlaşdırır. Bu, uzun müddətdir ki, satışda olan modellərə marağı dəstəkləmək üçün premium brendlər tərəfindən atılan ənənəvi addımdır
Genesis GV80
Şirkət artıq GV80 üçün təxminən 104.000 mümkün tərtibat variantı təklif edən Your Genesis konfiquratorunu istifadəyə verilməklə, avtomobillərini fərdiləşdirmək üçün ilk addımı atıb. Bununla belə, hələlik Your Genesis konfiquratorunun funksionallığı qlobal bazada, məsələn Avropa, Çin və ABŞ bazarlarındakı alıcılar üçün məhdudlaşdırılıb. Lakin Cənubi Koreya markası bu funksionallığı 100 faizə qədər artırmağa söz verib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.