Hyundai şirkəti Genesis G70 sedanının “bərkgedən” variantını hazırlayaraq, onu BMW M3 və Mercedes-AMG C63 modellərinin rəqibinə çevirmək niyyətindədir. Bu il ABŞ-da “İlin avtomobili” seçilmiş koreya sedanı 365 at qüvvəli 3,3-litrlik V: turbomühərriki və tam çəkiş sistemi ilə təklif edilir.
Bununla belə, bu xarakteristikalar “bərkgedən” alman sedanları ilə rəqabət aparmaq üçün kifayət deyil. Road&Track dərgisinə müsahibə verən Hyundai şirkətinin məhsul planlaşdırmasına cavabdeh olan Mayk O’Brayen koreya markasının G70 modelinin idman variantının yaradılması barədə düşündüyünü və hətta modifikasiya üzərində qızğın işlərin getdiyini də bildirib.
Hələlik “bərkgedən” Genesis G70 barədə dolğun məlumat yoxdur, lakin yeni modifikasiyanın temperatur dayanıqlılığı sınaqlarından keçdiyi və özünü yüksək istilik ayrılamsı şəraitində yaxşı göstərdiyi bildirilib. Hazırda Hyundai mütəxəssisləri idman variantının başqa aspektləri üzərində çalışırlar.