Hyundai şirkətinin elektromobillər üçün Ioniq subbrendini təsis etməsinə baxmayaraq, Genesis markası da elektrik mühərriki ilə hərəkətə gələn modellər buraxacaqdır. Bu günlərdə casuslar Nürburqrinq trekinin yaxınlığında kamuflyaj örtüyünə malik olan qeyri-adi Genesis G80 sedanına rast gəliblər. İlk baxışdan avtomobilin standart modeldən heç bir şeylə fərqlənməsə də, prototipin bir sıra detallar onun elektrik güc qurğusu ilə hərəkətə gəldiyinə işarə edir.
Ümumi istifadə yollarında sınaqdan keçirdilən elektrik sedanının Geniş eG80 adlandırılacağı gözlənilir. Qeyd etmək gərəkdir ki, avtomobilin üzərindəki kamuflyaj örtüyü prototipə əlavə diqqəti cəlb edib: şəkillərdən göründüyü kimi, elektrik modifikasiyası orijinal modeldən standart radiator barmaqlığını əvəzləmiş bağlı panel, səsboğucu sisteminin çıxış borularının olmaması və bir qədər dəyişdirilmiş kuzov dəsti ilə fərqlənəcəkdir.
Böyük ehtimalla, Genesis eG80 modeli standart modelin platformasında inşa ediləcəkdir. Bununla belə, sedanın təchiz ediləcəyi güc qurğusu və dartma batareyası haqqında məlumatlar sirr olaraq qalır. İlkin məlumata görə, seriya elektrokarı dolu batareya ilə 500 kilometrə qədər məsafə qət edəcəkdir. Genejir eG80 sedanının rəsmi təqdimatı gələn il baş tutmalıdır. Sonradan bənzər elektrik güc qurğusuna malik olan krossover debüt etməlidir.