Genesis G80 sedanının ikinci nəsli 2020-ci ilin yazında debüt edib, indi isə, üç il yarım keçdikdən sonra, planlaşdırılmış restaylinqin vaxtı çatıb. O, bu yaxınlarda yenilənmiş Genesis GV80 krossoveri ilə eyni ssenari üzrə təkmilləşdirilib: sedan səliqəli şəkildə yenilənmiş eksteryerə və interyerin daha müasir arxitekturasına sahib olub.
Ümumilikdə, Athletic Elegance üslubunda eksteryer tərtibatı qorunub saxlanılıb. Dəyişikliklər - detallardadır. Ən çox diqqət çəkən yenilik - üçölçülü naxışı yaradan ikiqat diaqonal çubuqları olan radiator barmaqlığıdır. Ön bamperdə üfüqi xrom zolaqlar əvəzinə şaquli dekorativ kəsiklər var. Xarakterik ikimərtəbəli fənərlər Micro Lens Array matrisa texnologiyasından istifadə etməklə hazırlanır. Bu texnologiya işıq mənbələrinin ölçüsünü azalmasına baxmayaraq, daha çox işıq axınını təmin edər.
Arxadakı əsas yenilik - buraxılış sisteminin son dəbə uyğun olaraq gizlədilmiş çıxış borularıdır. Yeni bamper radiator barmaqlığı ilə ahəng təşkil edən V formalı dekorativ elementlərlə bəzədilib. Yeni 20-düymlük təkər disklərinin dizaynı təyyarə pərlərindən ilham alınaraq yaradılıb. On rəngdən ibarət olan kuzov boyaları palitrası yeni çalarla - Brooklyn Brown rəngi ilə genişləndirilib.
Ən genişmiqyaslı dəyişikliklər salonda baş verib – burada tamamilə yeni ön panel peyda oub. Sedan indi dəbdə olan, cihazlar panelinin və media sisteminin ekranlarının tək müstəvisidə birləşdirildiyi arxitekturanı əldə edib. Yalnız, iki ayrı displeyi olan əksər avtomobillərdən fərqli olaraq, Genesis G80 sedanı GV80 krossoverinin ardınca 27-düymlük genişformatlı vahid OLED ekranı alıb. Havalandırma deflektorları bir qədər aşağı sürüşdürülüb, sükan çarxı, mərkəzi konsol və tunelin örtüyü dəyişdirilib. Buna baxmayaraq, tranmsissiyanın idarə edilməsinə əvvəlki kimi fırlanan şayba cavabdehdir.
Eyni zamanda, aqressiv görkəmli Genesis G80 Sport versiyası da yenilənib. O, daha iri özəkləri olan radiator barmaqlığına, ön bamperdəki daha böyük hava girişlərinə və arxa diffuzora malikdir. Salonda qırmızı və ya gümüşü çalarlı karbonplastikdən tərtibat, həmçinin “kəsilmiş” çarxı olan sükan var.
Kapotun altındakı baş vermiş dəyişikliklər barədə məlumat verilməyib. 210 at qüvvəli 2,2-litrlik turbodizeli yenilənmədən əvvəl Koreyadakı konfiquratordan çıxarııb. Hətta indi yenilənmədən əvvəlki Genesis G80 sedanı yalnız 304 at qüvvəli 2,5-litrlik və 380 at qüvvəli 3,5-litrlik benzin turbomühərrikləri ilə təklif olunur. Bundan başqa, 370 at qüvvəli G80 Electrified elektrik versiyası da mövcuddur. Yenilənmiş avtomobilin texniki xüsusiyyətləri ilin sonuna qədər başlanacaq satışlardan əvvəl açıqlanacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.