Genesis G90 nümayəndəlik sedanı 2021-ci model ilinə genişlənmiş baza təchizatı ilə daxil olmağa hazırlaşır. Bu gündən etibarən, sedanın təchizatına yaylı adaptiv asqı sistemi (pnevmatik asqı hələ də təklif edilmir) və adaptiv LED fənərlər daxildir. Bundan başqa, orijinal dizaynı olan yeni 19-düymlük təkər diskləri təklif edilir. Yeni model ilinə keçidin daha bir simvolu xüsusi Stardust ("ulduz tozu") versiyası olub.
Bu sedanın qeyri-adi tərtibata malikdir. Kuzovun yuxarı hissəsi Carbon Metallic ("karbon metallik"), alt hissəsi isə mirvari effektli qara Vik Black rəngштdədir. Salonda ikirəngli dəri ilə örtülmüş oturacaqlar və metal effekti olan tünd boz rəngli şpondan işləmələr vardır.
Genesis G90 modelinin təchizatına 12,3-düymlük sensorlu ekranı olan, Apple CarPlay, Android Auto və Mirror Link tətbiqlərini dəstəkləyən multimedia sistemi, həmçinin aktiv səsboğma sistemi daxildir. Genesis modelindəki naviqasiya sisteminin xəritələrini və multimedia sisteminin proqram təminatını Wi-Fi vasitəsi ilə yeniləmək mümkündür.
2021-ci model ilinin Genesis G90 sedanı əvvəlki kimi 309 at qüvvəli 3,8-litrlik V6 və 413 at qüvvəli 5,0-litrlik V8 mühərrikləri, həmçinin 370 at qüvvəli 3,3-litrlik altı silindrli turbomühərrik ilə təklif edilir. Güc qurğuları 8-pilləli avtomatik transmissiya ilə tandemdə çalışıdrlar.
Genesis G90 Stardust modeli 50 nüsxəlik tirajla buraxılacaq və yalnız Cənubi Koreyada satılacaqdır. Təkmilləşdirilmiş digər sedanlar tezliklə digər bazarlarda da təklif ediləcəkdlər.