Genesis GV70 krossoveri 2020-ci ildə debüt edib və indi planlaşdırılmış restaylinqdən keçib. Lakin restaylinqin elə də genişmiqyaslı olmadığı ortaya çıxıb, çünki Genesis brendinin korporativ dizaynı son dörd il ərzində demək olar ki, dəyişməyib. Buna baxmayaraq, krossoverin dizaynında bir sıra nəzərəçarpacaq dəyişikliklər həyata keçirilib.
Məsələn, Genesis G80 sedanının ardınca krossover cütlənmiş diaqonal çubuqlardan ibarət üçölçülü naxışı olan radiator barmaqlığını əldə edib. Firma ikimərtəbəli ön fənərlərdə, işıq mənbəyinin ölçüçüsünün kiçilməsinə baxmayaraq, işıq axınını artıran Micro Lens Array martisa texnologiyasından istifadə olunur. Bamperlər də dəyişdirilib, buraxılış sisteminin fərqli formada boruları və başqa arxa spoyler peyda olub. Bu obrazı 19-düymlük yeni təkər diskləri tamamlayır.
GV70 Sport versiyasında iri hüceyrəli tərtibatı olan radiator barmaqlığı və daha aqressiv bamperlər (arxa bamperə diffuzor quraşdırılıb) var. Ancaq buraxılış sisteminin yuvarlaq çıxış borularının əvəzinə, arxa tərəfdə daha az ifadəli dördbucaqlı borular quraşdırılıb. Bundan başqa, Sport versiyası 21-düymlük təkər dislərini alıb.
Salondakı dəyişikliklər daha çox nəzərəçarpandırlar. Burada indi iki ekranın əvəzinə, həm cihazlar panelinə, həm də mediasisteminə cavabdeh olan vahid 27-düymlük OLED displey var. Havalandırma sisteminin mərkəzi deflektorları aşağı salınıb və mərkəzi konsolun oval formalı tərtibatına səliqəli şəkildə inteqrasiya olunublar. Fırlanan dəstəklər saxlanılsalar da, sensorlu düymələr daha çoxdur. Genişlənmiş düymələr dəsti olan üçqollu sükan çarxı da peyda olub.
Texniki dəyişikliklər elan edilməyib. İndi müxtəlif bazarlarda Genesis GV70 krossoveri 2,2-litrlik turbodizel (201 at qüvvəsi), 2,5-litrlik benzin “turbodördlüyü” (304 at qüvvəsi) və 3,5-litrlik V6 biturbo mühərrik (380 at qüvvəsi) ilə təklif olunur. Bütün mühərriklər alternativi olmayan səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilirlər.
Genesis Electrified GV70 krossoverinin yenilənməsi barədə məlumat verlməyib. Onun yenilənməsi daha sonra baş tutmalıdır. Yenilənmiş benzin və dizel versiyaları isə, may ayında Cənubi Koreya bazarında satışa çıxarılacaqlar. Bunun ardınca krossoverin digər bazarlara ixracına başlanılmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.