Hyundai şirkıətinə məxsus olan Genesis premium subbrendi model xəttində ikinci krossover olacaq GV70 modelinin şəkillərini dərc edib. Şəkillərdəki avtomobili "xarakterik dizayn detallarını qeyd edən" G-Matrix kamuflyaj örtüyünə malikdir.
BMW X3, Mercedes-Benz GLC və Audi Q5 krossoverləri ilə rəqabət aparacaq yeni Genesis GV70 modeli, böyük GV80 krossoverinin üslubunda beşbucaqlı radiator barmaqlığna və optikaya sahib olacaqdır. Krossoverin əsasında yeni G70 sedanının inşa edildiyi arxa ötürməli platforma duracaqdır.
Krossoverin mühərrik çeşidinə Theta III ailəsindən olan 304 at qüvvəli 2,5-litrlik benzin mühərriki və 380 at qüvvəli 3,5-mühərriki daxil ediləcəyi artıq məlumdur. Alternativ olaraq 210 at qüvvəli 2,2-litrlik dizel aqreqatı da təklif ediləcəkdir. Transmissiya - səkkiz pilləli "avtomatdır", opsional olaraq tam ötürmə sistemini sifariş etmək mümükün olacaqdır.
Genesis markası GV70 krossoverindən sonra G70 universalını bazara çıxmalıdır. Universal premium markanın dərc etdiyi rəsmi tizerdə görüntülənib. İlkin məlumata görə, G70 universalı 2021-ci ildə debüt etməlidir.