Yeni model ili üçün böyük Genesis GV80 krossoveri bir sıra təkmilləşdirmələri və yeni variantları əldə edib. Bununla belə, bütün bunlar tam yenilənmə demək deyil. Məsələn, bundan sonra beş və yeddi yerlik salonlara əlavə olaraq altı nəfərlik konfiqurasiya da sifariş edilə bilər.

Bu halda, ikinci sırada üç nəfərlik divan deyil, fərdi tənzimləmələri olan iki fərdi kreslo quraşdırılır. Kresloların arasında qutusu, səs sisteminin düymələri, iki stəkan tutacağı və smartfonların simsiz doldurması cihazı olan konsol yerləşir. Eyni zamanda, üçüncü sıranın oturacaqları da qorunub saxlanılıb.

Mediasistemi artıq “hava” üzərindən yenilənmə funksiyasına malikdir. Üstəlik, multimedia ilə yanaşı, virtual cihazlar panelinin qrafikası və proyeksiya ekranı da məsafədən yenilənəcəkdirlər. Opsiyalar siyahısına məlumat-əyləncə sisteminin ikinci sıradakı ekranları və elektrik ötürməsi ilə önə çıxan ayaq dayaqları daxil edilib.

İqlimə nəzarət sistemi isə yeni funksiyaya sahib olub: avtomobil kilidləndikdən sonra, salonu havalandırmaq və ya qurutmaq üçün, havalandırma sistemi 30 dəqiqə işləməyə davam edəcəkdir. Nəhayət, yeni kuzov rəngləri və daxili tərtibat variantları peyda olub.

Image alt Image alt Image alt Image alt

Texniki yeniliklər də var. Məsələn, bundan sonra bütün versiyalarda dördporşenli monoblok supporrtları olan ön əyləclər quraşdırılacaq, halbuki əvvəllər belə mexanizmlər yalnız 379 at qüvvəli 3.5-litrlik V6 T-GDI mühərriki ilə təchiz olunmuş ən güclü versiya krossover üçün nəzərdə tutulmuşdu.

Cənubi Koreyada artıq təkmilləşdirilmiş Genesis GV80 krossoverlərinə sifarişlər qəbul edilir. Krossoverin digər bazarlardakı satışlarına daha sonra başlanmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.