Yaxın zamanlarda Genesis GV80 krossoveri altı nəfərlik dəbdəbəli versiyaya sahib ola bilər. Cənubi Koreyada ikinci cərgədə iki fərdi kreslosu, arxa sərnişinlər üçün planşetləri, qadcetlərin simsiz doldurması meydançası, sensorlu idarəetmə paneli quraşdırılmış mərkəzi konsolu və stəkanaltıları olan krossoverin salonunun şəkilini çəkməyi bacarıblar. Altı yerlik konfiqurasiyaya malik olan Genesis flaqman krossoveri bu ilin ikinci yarısında satışa çıxmalıdır.
TheKoreanCarBlognəşri Genesis GV80 modelinin lüks versiyasının ölkə daxilində 2 + 2 + 2 oturacaq formulu ilə təklif ediləcəyini, ancaq ikinci sırada daha çox məkan olacağını iddia edir. Casus şəklindən göründüyü kimi, arxa sərnişinlər ixtiyarına genişformatlı sensorlu ekranlar veriləcək, əyləncə sistemi isə əlyazmanı tanıma funksiyası olan Genesis Touch kontrolleri vasitəsi ilə idarə ediləcəkdir.
Zəngin təchizata malik olan beş və yeddi yerlik Genesis GV80 modellərində ikinci cərgənin oturacaqları istmə və havalandırma, uzununa elektrik tənzimləməsi ilə yanaşı, yastığın və arxa dayağın maillik bucağını avtomatik olaraq tənzimləmək qabiliyyətinə malikdir. Yəqin ki, altı yerlik modifikasiya bütün bunlara sahib olacaqdır, opsiyalar siyahısına isə masaj və qadcetlərin simsiz doldurulması meydançası əlavə ediləcəkdir.
Cənubi Koreyada, altı yerlik Genesis GV80 krossoverinin cari ilin üçüncü rübündə 2022-ci model ilinin krossoveri kimi satışa çıxarılması gözlənilir. Təchizat səviyyələrinin siyahısını genişləndirməklə yanaşı, Genesis mütəxəssisləri naviqasiya sistemini, aktiv təhlükəsizlik sistemləri kompleksini və proyeksiya ekranı təkmilləşçdirə bilərlər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.