Bu gün Cənubi Koreyada Genesis GV80 krossoverinin seriya istehsalına başlanıb və dərhal İnternet şəbəkəsində seriya modelinin cəsus şəkli də peyda olub. GV80 krossoverinin BMW X5 və Mercedes-Benz GLE modelləri ilə rəqabət aparacağı ehtimal edilir. Modelin əsasını uzununa yerləşən mühərrikə və “əsas” arxa ötürməyə malik olan platforma təşkil edir.
Dəbdəbəli krossover 2,5 və 3,5-litrlik turbomühərriklər ilə təchiz ediləcəkdir. Genesis GV80 modelinin təqdimatı yaxın zamanlarda keçiriləcəkdir. Modelin Cənubi Koreyadakı satışlarına 2020-ci ilin birinci rübündə başlanacaqdır.