Koreyanın Genesis şirkəti 2021-ci ilə qədər model xəttini ciddi şəkildə genişləndirmək niyyətindədir. Koreyalılar iki krossover və “həyəcanverici” modeli hazırladıqlarını bildiriblər.
Beləliklə, koreya markası 2021-ci ildə alıcılarına altı yeni model təklif edəcəkdir. Bu il gözlənilən yeniliklərdən biri Genesis G80 modeli ilə eyni platformanı və texniki hissənı paylaşan GV80 krossoveri olmalıdır. Bu, modelin 3,8-litrlik V6 benzin turbomühərriki və atmosfer tipli 5,0-litrlik V8 mühərriki ilə təchiz ediləcəyindən xəbər verir.
İkinci krossver barədə məlumat daha azdır, lakin dərc edilmiş plana əsasən yeni model yığcam krossover olacaqdır. Böyük ehtimalla, Genesis G70 ilə eyni texniki hissəyə malik olacaq krossover Genesis GV70 adlandırılacaqdır. Sonuncu “həyəcanverici” avtomobilə gəldikdə isə, bu avtomobil G70 modelinin bazasında inşa edilmiş kupe və ya Genesis Essentia konseptinin seriya variantı ola bilər. Xatırladaq ki, əvvəllər məhz Essentia konseptinin motivləri üzrə yaradılacaq avtomobilin 2021-ci ildə debüt edəcəyi bildirilmişdi.