80 və 90 indeksli böyük avtomobillərdən başlayan Genesis markası tədricən aşağı siniflərə də diqqət yetirməyə başlayıb. Bu gün premium Koreya markası 60 seriyasının ilk modelini nümayiş etdirib. Bu, E-GMP (Electric-Global Modular Platform) üzərində yaradılan Genesis GV60 elektrik krossoveridir. Xatırladaq ki, Hyundai Ioniq 5 və Kia EV6 modelləri də bu platformaya əsaslanır.
Bununla belə, Genesis markası GV 60 barədə təfərrüatları açıqlamayıb və elektrokarın ilk şəkillərini yayımlamaqla kifayətlənib.
GV 60 modeli Genesis markasının iki mərtəbəli ön və arxa optikası olan yeni korporativ üslubunda duzayna malik olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir. Məsələn, elektrik krossoveri qanadlara keçən iri kapotu olan ilk modeldir.
Qapılar geri çəkilə bilən tutacaqlara malikdir. Barmaqlığın nəhəng ağzı, tamamilə olmasa da, hələ də işləkdir: onun aşağı hissəsində dartma batareyasının soyudulması üçün hava girişi mövcuddur.
Genesis GV60 modeli yan güzgülərin əvəzinə kameralarla təchiz edilmiş ilk Koreya avtomobili olacaq. Onlardan alınan görüntülər qapılara bərkidilmiş ekranlara(sanki avtomobilin satışından sonra servisdə quraşdırılmış kimi görünən) ötürülür. Adi güzgülərin daha sadə versiyalarda quraşdırılacağı da istisna edilmir.
Tərtibatçılar interyer konsepsiyasını “Beauty of White Space” ("Ağ Məkanın Gözəlliyi"), yəni "boş məkanın gözəlliyi" adlandırırlar. E-GMP platforması rəvan döşəmə düzəltməyə imkan verib. Ənənəvi mərkəzi tunelin olmaması geniş interyer effektiini artırmağa imkan verir. Transmissiyanın yarımkürə-selektoru, mediasistemin şaybası və fincanaltılar dirsəkaltında bərkidilmiş ayrı konsolda yerləşirlər. GV60 modeli iki ön ekrana, ikizonalı iqlimə nəzarət sisteminə və dəri salona malikdir.
E-GMP platforması, Genesis GV60 modelinin arxa və ya tam ötürmə, yeni nəsil akkumulyatorlar və 800 volta qədər gərginliklə işləyən və 350 kilovata qədər gücə malik olan yükləmə cihazı ilə təchiz edildiyindən xəbər verir. Ancaq bütün təfərrüatlar yalnız payızda açıqlanacaqdır. Genesis GV 60 modelinin istehsalına 2022-ci ildə başlanacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.