Jurnalistlərlə keçirilən videokonfrans zamanı Genesis markasının Amerika nümayəndəliyinin rəhbəri Cənubi Koreya markasının bir il ərzində model sayını iki dəfə artıracağını vəd edib.
Genesis markası ABŞ bazarında böyük uğurlar əldə edib: keçən il marka burada 21.233 yeni avtomobil satmağa müvəffəq olub. Xatırladaq ki, 2018-ci ildə ABŞ-da satılan Genesis avromobillərinin sayı 10.311 ədəd olub ki, bu da satıların iki dəfədən çox deməkdir. Bu il ən populyar model G70 sedanı olub, amma koreyalıların 2021-ci ildə digər modellərə üstünlük verəcəyi məlum olub. Detroit Bureau nəşrinin məlumatına görə, markanın Amerika nümayəndəliyinin rəhbəri Mark Del Rosso, media nümayəndələri ilə keçirilən videokonfrans zamanı Genesis markasının bir il ərzində model çeşidinin iki dəfə artırılacağına söz verib. Onun bildirdiyinə görə Genesis GV80 krossoveri satışların lokomotivinə çevrilməlidir.
Koreya premium markasının ilk krossoverinin SUV seqmentində artan istehlakçı marağı fonunda ən populyar və gəlirli Genesis modeli olacağı gözlənilir. GV80 krossoverini bazarı fəth etməsinə kömək edəcək model yığcam GV70 krossoveri olmalıdır. Nəhayət, gələn ilin sonuna qədər Genesis markasının model xəttində üçüncü krossoverin peyda olacağı gözlənilir - tamamilə elektrik güc aqreqatı ilə təchiz ediləcək krossover,model xəttini altıya qədər genişləndirəcəkdir.